"Bank VTB Azərbaycan"dan sanksiyalar ilə bağlı açıqlama
ABŞ-ın və Böyük Britaniyanın Rusiya banklarına tətbiq etdiyi sanksiyalar ilə bağlı Azərbaycanda fəaliyyət göstərən "Bank VTB"nın törəməsi - "Bank VTB" (Azərbaycan) xidmət etdiyi hüquqi şəxslərə ABŞ dolları və avro ilə hər hansı əməliyyat və hesablaşmalarından müvəqqəti imtina etməyi tövsiyə edib.
Bu bankdan bildirilib. Bank tezliklə müştərilərinə alternativ həllər təqdim edəcəyini də qeyd edir
Bununla yanaşı, açıqlamada deyilir ki, qəbul edilmiş məhdudiyyətlər müştəri vəsaitlərinin təhlükəsizliyinə və əlçatanlığına təsir göstərmir:
"Bütün hesablar aktivdir və müştəri vəsaitlərini həm bank filiallarında, həm də məsafəli kanallar vasitəsilə idarə edə bilər. Azərbaycan ərazisində milli valyuta ilə bütün əməliyyatları əvvəlki qaydada tam həcmdə aparmaq mümkündür. Bank müştərilər qarşısında öhdəliklərini yerinə yetirir.
Ölkə üzrə istənilən bankomat və tərəfdaş banklarda nağd pul çıxarmaq mümkündür".
Qeyd olunur ki, "Bank VTB" Azərbaycandakı törəməsinin ödəniş kartlarının xaricdə fəaliyyəti davam edir və istənilən zaman vəsaiti nağdlaşdırmaq mümkündür.
Qeyd edək ki, Rusiyanın ikinci ən böyük bankı olan "Bank VTB" ABŞ və Böyük Britaniya tərəfindən sanksiya qoyularaq dollar və funt sterlinqdəki bütün əməliyyatların və aktivlərin bloklanmasına məruz qalıb.
KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 13,99%-dən, 0% komissiya
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
2 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)









.jpg)







