Fevral ayının nisbətən sabit və əsasən yağmursuz keçəcəyi gözlənilir
Fevral ayının hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib ki, fevral ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi günlərdə bir qədər yüksək olacağı gözlənilir.
Onun sözlərinə görə, aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə, əsasən də şərq rayonlarında normadan bir qədər çox olacağı ehtimal olunur: "Fevral ayının ilk günləri hava bir qədər küləkli olsa da, nisbətən sabit və əsasən yağmursuz keçəcək. Birinci on günlüyün ikinci yarısında isə hava dəyişəcək".
U.Tağıyeva eyni zamanda xatırladıb ki, son 20 ilin fevral ayı ərzində Bakı şəhərində ən yüksək temperatur 2020-ci il fevralın 7-də 25 dərəcə isti qeydə alınıb: "Lakin növbəti gün hava kəskin dəyişib, havanın temperaturu müsbət 9 dərəcəyə yaxınlaşıb, güclü külək bizi qışa qaytarıb. Çoxillik meteoroloji məlumatlara əsasən, Bakıda fevral ayı üçün ən soyuq hava 2012-ci ildə, daha dəqiq fevralın 8-i qeydə alınıb və Bakı şəhəri üçün görünməmiş 11 dərəcə şaxta ilə yadda qalıb. 2017-ci ilin fevralın 2-də paytaxt 29 sm-lik qar örtüyünə bürünüb. 2004-cü il fevralın 24-də Bakıda hər kvadrat metrə 43 litr miqdarında yağıntı düşüb, yəni bir sutkada 2 aylıq norma miqdarında güclü yağıntı qeydə alınıb. 2007-ci il fevralın 24-25-də Bakıda xəzri küləyinin sürəti saniyədə 35-41 metrədək şiddətlənib".
Telegramda Marja.az səhifəsinə abunə olun
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

























