“Ziraat Bank Azərbaycan”ın xalis mənfəəti 3 dəfədən çox artıb
“Ziraat Bank Azərbaycan” ASC 2021-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, “Ziraat Bank Azərbaycan”2021-ci ili 7 miylon 33 min manat xalis mənfəət ilə başa vurub. Bank 2020-ci ili 2 miylon 111 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Ziraat Bank Azərbaycan”ın xalis mənfəəti 2020-ci illə müqayisədə 2021-ci ildə 3,3 dəfə və ya 4 milyon 922 min manat artıb. Xalis mənfəətin kəskin artması gəlirlərin artması və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayrılan vəsaitin azalması ilə əlaqədardır.
GƏLİRLƏRİ ARTIB
2021-ci ildə “Ziraat Bank Azərbaycan”ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 33 milyon 505 min manat təşkil edib ki, bu da 2020-ci il ilə müqayisədə 38,5% (və ya 9 milyon 315,1 min manat) çoxdur. 2020-ci ildə “Ziraat Bank Azərbaycan”ın cəmi əməliyyat gəlirləri 24 milyon 190,1 min manat təşkil etmişdi.
2021-ci ildə “Ziraat Bank Azərbaycan”ın cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 24 milyon 473 min manat təşkil edib ki, bu da 2020-ci il ilə müqayisədə 33,1% (və ya 6 milyon 87,5 min manat) çoxdur. 2020-ci ildə “Ziraat Bank Azərbaycan”ın cəmi əməliyyat xərcləri 18 miylon 385,4 min manat təşkil etmişdi.
DAHA ÇOX ƏMƏLİYYAT MƏNFƏƏTİ ƏLDƏ EDİB
Ötən il “Ziraat Bank Azərbaycan”ın cəmi əməliyyat gəlirləir cəmi əməliyyat xərclərini üstələdiyindən əməliyyat mənfəəti 9 milyon 32 min manat təşkil edib. 2020-ci ildə Bankın əməliyyat mənfəti 5 milyon 805 min manat təşkil etmişdi.
Ötən il “Ziraat Bank Azərbaycan” 9 milyon 32 min manat əməliyyat mənfəətindən aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 240 min manat ayırdığından və 1 milyon 58 min manat mənfəət vergisi ödədiyindən ili 7 milyon 33 min manat xalis mənfəət ilə bağlayıb.
Müqayisə üçün qeyd edək ki, 2020-ci ildə “Ziraat Bank Azərbaycan”ın 5 milyon 805 min manat əməliyyat mənfəətindən ehtiyatlara 3 milyon 165 min manat ayırdığından və 527 min manat mənfəət vergisi ödədiyindən həmən ili 2 milyon 111 min manat xalis mənfəət ilə başa vurmuşdu.
BANK BÖYÜYÜB, MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR KƏSKİN ARTIB
“Ziraat Bank Azərbaycan”ın cəmi aktivləri 2020-ci illə müqayisədə 2021-ci ildə 29,8% və ya 89 milyon 110 min manat artaraq 388 milyon 71 min manata yüksəlib. Bank 2020-ci ilin sonunda 298 milyon 962 min manat cəmi aktivlərə malik idi.
“Ziraat Bank Azərbaycan”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2020-ci illə müqayisədə 2021-ci ildə 46% və ya 72 milyon 903 min manat artaraq 231 milyon 212 min manata yüksəlib. 2020-ci ilin sonunda Bankın kredit portfeli 158 milyon 309 min manata çatmışdı.
“Ziraat Bank Azərbaycan”ın depozit portfeli 2020-ci illə müqayisədə 2021-ci ildə 38,4 % və ya 58 milyon 278 min artaraq 210 milyon 146 min manata qalxıb. Bank 2020-ci ilin sonunda 151 milyon 868 min manat cəmi depozitlərə malik idi.
MƏCMU KAPİTALI DA ARTIB
31 dekabr 2021-ci il tarixində “Ziraat Bank Azərbaycan” 78 milyon 29 min manat məcmu kapitala malik olub. Bank 31 dekabr 2020-ci il tarixində 70 milyon 83 min manat cəmi kapitala malik idi.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 17 saat əvvəl
-
- 18 saat əvvəl
-
18 saat əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 18 saat əvvəl
-
18 saat əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
18 saat əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
19 saat əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
-
19 saat əvvəl
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
- 19 saat əvvəl
- 19 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Ən çox oxunanlar
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
Yasamalda ev almaq istəyənlər üçün əla fürsət: Faizsiz və öhdəliksiz satış başladı!
Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!





















