“Hər ay 5000-ə yaxın sahibkara kredit veririk”
“Bankın 2021-ci il üçün əsas vəzifəsi kredit portfelini artırmaq idi ki, biz bu məqsədimizə uğurla nail olduq. Eyni zamanda "AccessBank" hər ay 5000-ə yaxın sahibkara kredit verir ki, bu da mikro və kiçik biznesə dəstəyimizin bariz nümunəsidir".
Marja xəbər verir ki, bunu “AccessBank”ın İdarə Heyətinin sədri Davit Tsiklauri dördüncü rübdə bankın maliyyə nəticələrini şərh edərkən bildirib.
Bankın sədriqeyd edib ki, depozit portfeli, likvidlik və ümumi əməliyyat göstəriciləri stabil müsbət tendensiya nümayiş etdirir: “Əminik ki, pandemiyanın yaratdığı neqativ hallar geridə qalıb və bank bundan sonra da biznesə fəal şəkildə kredit verməyə və təklif etdiyi xidmətlərin çeşidlərini təkmilləşdirməyə davam edəcək”.
BİZNES KREDİTLƏRİ PORTFELİNİ 100 MİLYON MANATA YAXIN ARTIRIB
“AccessBank” tərəfindən 2021-ci ildə müştərilərə verilmiş cəmi kreditlər 2020-ci illə müqayisədə 129 milyon 894 min manata artaraq 632 milyon 476 min manata,o cümlədən biznes kreditləri portfeli 96 milyon 984 min manat artaraq 539 milyon 369 min manata, istehlak kreditləri portfeli 33 milyon 370 min manat artaraq 86 milyon 221 min manata yüksəlib, daşınmaz əmlak kreditləri (ipoteka) portfeli isə 460 min manat azalaraq 6 milyon 886 min manata düşüb.
Xəbər verdiyimiz kimi, “AccessBank” 2021-ci ili 1 milyon 106 min manat xalis mənfəət ilə başa vurub. 2021-ci ildə “AccessBank”ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 111 milyon 962 min manat təşkil edib ki, bu da 2020-ci il ilə müqayisədə 7,9% (və ya 8 milyon 192 min manat) çoxdur. “AccessBank”ın cəmi aktivləri 2020-ci illə müqayisədə 2021-ci ildə 8,9% və ya 76 milyon 296 min manat artaraq 932 milyon 150 min manata yüksəlib.
Həmçinin oxu
“AccessBank”ın faiz gəlirləri 100 milyon manatı aşıbMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)








.jpg)





