Azərbaycan bankı zərərdən mənfəətə keçib
"Bank BTB" ASC 2021-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, "Bank BTB" 2021-ci ili 546 min manat xalis mənfəət ilə başa vurub. Bank 2020-ci ili 9 milyon 130 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, ötən il "Bank BTB" zərərdən mənfəətə keçib. 2020-ci ildə Bankın xalis zərər açıqlamasının səbəbi aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına böyük məbləğdə vəsaitin (11 milyon 75 min manat) ayırma idi. Problemli kreditlərin həlli istiqamətində görülmüş işlərin nəticəsi olaraq ötən il əksinə, ehtiyatdan azad olmuş vəsait (410 min manat) mənfəətə əlavə olunub.
GƏLİRLƏRİ ARTIB
2021-ci ildə "Bank BTB"nin cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 31 milyon 479 min manat təşkil edib ki, bu da 2020-ci il ilə müqayisədə 1,1% (və ya 341 min manat) çoxdur. 2020-ci ildə Bankın cəmi əməliyyat gəlirləri 31 milyon 138 min manat təşkil etmişdi. Ötən ili cəmi gəlirlərin artması qeyri-faiz gəlirlərinin artması ilə əlaqədardır.
2021-ci ildə "Bank BTB"nin cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 31 milyon 343 manat təşkil edib ki, bu da 2020-ci il ilə müqayisədə 7,4% (və ya 2 milyon 149 min manat) çoxdur. 2020-ci ildə Bankın cəmi əməliyyat xərcləri 29 milyon 194 min manat təşkil etmişdi.
Ötən il gəlirlər xərcləri üstələdiyindən Bankın 136 min manat əməliyyat mənfəəti yaranıb. Ehtiyatlardan azad olmuş 410 min manat hesabına mənfəət 546 min manata yüksəlib.
Müqayisə üçün qeyd edək ki, 2020-ci ildə "Bank BTB"nin əməliyyat mənfəəti 1 milyon 944 min manat təışkil etmişdi. Mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 11 milyon 75 min manat ayrılması ilə əlaqədar olaraq 9 milyon 130 min manat zərər yaranmışdı.
BANK BÖYÜYÜB, MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
"Bank BTB"nin cəmi aktivləri 2020-ci illə müqayisədə 2021-ci ildə 1,7% və ya 5 milyon 925 min manat artaraq 362 milyon 62 min manat təşkil edib. Bank 2020-ci ilin sonunda 356 miylon 137 min manat manat cəmi aktivlərə malik idi.
"Bank BTB"nin kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2020-ci illə müqayisədə 2021-ci ildə 21,8 % və ya 44 milyon 958 min manat artaraq 251 milyon 54 min manat təşkil edib. 2020-ci ilin sonunda Bankın kredit portfeli 206 milyon 96 min manata çatmışdı.
"Bank BTB"nin depozit portfeli 2020-ci illə müqayisədə 2021-ci ildə 5,8 % və ya 8 milyon 86 min manat artaraq 147 milyon 433 min manat təşkil edib. Bank 2020-ci ilin sonunda 139 milyon 347 min manat cəmi depozitlərə malik idi.
MƏCMU KAPİTALI ARTIB
31 dekabr 2021-ci il tarixində "Bank BTB"nin 53 milyon 563 min manat məcmu kapitala malik olub. Bank 31 dekabr 2020-ci il tarixində 52 milyon 727 minmanat cəmi kapitala malik idi.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 14 saat əvvəl
-
- 14 saat əvvəl
-
14 saat əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 14 saat əvvəl
-
15 saat əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
15 saat əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
15 saat əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
-
16 saat əvvəl
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Ən çox oxunanlar
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
Yasamalda ev almaq istəyənlər üçün əla fürsət: Faizsiz və öhdəliksiz satış başladı!
Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!






















