Apple Pay indi Rabitəbank müştəriləri üçün də aktivdir!
(®) Bu gündən etibarən Rabitəbank müştəriləri banka məxsus istənilən plastik kartla təmassız ödəmə üsulu - Apple Pay xidmətindən istifadə edə biləcəklər. Artıq ödəniş kartını başqasına ötürmək, POS-terminalının düymələrinə toxunmaq və ya pulqabında nağd pul saymaq dövrü geridə qaldı!
Təhlükəsizlik və məxfilik Apple Pay-in əsas üstünlükləridir. Apple Pay-ə əlavə etdiyiniz kredit və ya debet kartının məlumatları cihazda və ya Apple serverlərində saxlanmır. Hər bir əməliyyatın təhlükəsizliyi iPhone-un innovativ texnologiyaları ilə təmin olunur. Apple Pay-ə qoşulmaq da olduqca sadədir: Wallet tətbiqinə daxil olub, + (“üstəgəl”) işarəsini basıb, oradakı təlimatlara əsasən Rabitəbank kredit və ya debet kartınızı əlavə etməyiniz kifayətdir. Apple Pay işarəsi görəcəyiniz istənilən məkanda elektron cihazınızı POS-terminala yaxınlaşdırmaqla ödənişinizi tamamlayırsınız. Apple Pay vasitəsilə həyata keçirilən hər bir əməliyyat etibarlı qorunur, çünki istifadəçi onu Face ID, Touch ID və ya cihazın parolu ilə təsdiq etməlidir.
Bununla yanaşı, müştərilər Apple Pay vasitəsilə iPhone, iPad, iWatch və Mac cihazlarına yüklənmiş tətbiqlərdə və ya Safari internet brauzerlərində açılmış saytlarda rahat və ani alışveriş edə bilərlər. Beləliklə, artıq qeydiyyatdan keçməyə və uzun məlumat formalarını doldurmağa ehtiyac qalmır.
Apple Pay ailəsinə qoşulmuş müştərilər Rabitəbankın öz kart istifadəçilərinə təklif etdiyi keşbek bonusu və endirimlərdən yararlanmağa həmişəki qaydada davam edəcəklər.
Apple Pay haqqında daha çoxu ilə http://www.apple.com/apple-pay/ saytında tanış ola bilərsiniz.
Daha ətraflı - https://rbt.az/apple-pay-rb
"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
12 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)












.jpg)


