Qlobal bank 1 dolların 28 türk lirəsinə çatacağını gözləyir
"Standard Chartered" dollar/TL proqnozlarını yeniləyibBaş ofisi Londonda yerləşən Böyük Britaniyanın çoxmillətli bank və maliyyə xidmətləri şirkəti "Standard Chartered Bank" 2022 və 2023-cü illər üçün dollar/TL proqnozunu yeniləyib.
Marja xəbər verir ki, "Standard Chartered Bank", dərc etdiyi araşdırma hesabatında, 36 faiz yüksək inflyasiya ilə birlikdə heterodoks pul siyasətinin türk lirəsi üçün struktur qırılma yaratdığını və 2022-ci il sonu üçün Dollar/TL proqnozunu 12-dən 20-yə qaldırdıqlarını bildirib.
Dekabr ayında baş verən qiymət hərəkətlərindən sonra türk lirəsindəki volatilliyin Bitcoin-i keçdiyinə diqqət çəkən bank, turizmin yayda canlanması ilə yaşanacaq aktivliyin mənfi xalis ehtiyatlar səbəbiylə struktur pozulmasını geri qaytarmaya bilməyəcəyini vurğulayıb.
Yeni elan edilən qorunan türk lirəsi əmanətinin gözləntilərin əksinə dollarlaşmanı azaltmadığını bildirən "Standard Chartered", yeni alətin dövlət maliyyəsi üçün risk yaratdığını bildirib.
2023-cü ildə keçiriləcək seçkilərdən əvvəl ortodoks siyasətlərə dönüş olmayacağını və pul siyasətinin ekspansioner olaraq qalacağını düşünən bank, 2022-ci ildə sürpriz erkən seçki ehtimalının türk lirəsi üçün digər mənfi amillərdən biri olacağını bildirib.
"Standard Chartered" 2022-ci ilin sonu üçün dollar/TL proqnozunu 12-dən 20-yə yüksəltdiyi halda, 2023-cü ilin sonuna qədər dolların məzənnəsinin 28-ə çatacağını gözləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır















.jpg)






