Azərbaycanın aparıcı investisiya şirkətlərindən biri rebrendinq edib
“Unicapital” “Hədsiz imkanlar” şüarı ilə yoluna davam edəcək!(®) “Unicapital İnvestisiya Şirkəti” ASC yenilənmiş vizual konseptini və “Hədsiz imkanlar” şüarını təqdim edib. Həmçinin Şirkət ötən aylarda yenilənmiş “unicapital.az” saytını istifadəyə verib.
Marja xəbər verir ki. bu barədə “Unicapital İnvestisiya Şirkəti”nin yaydığı məlumatda bildirilir.
Məlumatda qeyd edilib ki, investisiya sahəsindəki 15 illik fəaliyyəti müddətində Şirkətin mükəmməl ictimai reputasiyası formalaşıb. “Unicapital”ın hazırkı strategiyası isə müştərilərinə daha geniş investisiya xidmətləri təqdim etmək, innovativ yanaşması ilə investisiya sahəsini hər kəs üçün əlçatan etməkdir.
Şirkət yeni bazarlara çıxışı təmin etməkdə, təqdim etdiyi investisiya alətlərinin siyahısını artırmaqda davam edir. Yeni konsept isə bu təşəbbüsü bariz şəkildə nümayiş etdirir.
Xatırladaq ki, Nizamnamə kapitalı 100%-lik “Unibank KB ASC”yə məxsus olan “Unicapital İnvestisiya Şirkəti”, 2007-ci ildən qiymətli kağızların yerləşdirilməsi və investisiya, həmçinin törəmə maliyyə alətləri üzrə xidmətlər təqdim edir. Şirkət fond bazarının peşəkar iştirakçıları arasında əqdlərin həcmi üzrə aparıcı yer tutmaqda davam edir və Bakı Fond Birjasında ən uzunmüddətli üzvlüyə malikdir.
Böyük Britaniyanın “International Finance” jurnalının araşdırmasına əsasən, “Unicapital İnvestisiya Şirkəti” ASC “Azərbaycanda Ən Yaxşı İnvestisiya Şirkəti -2020” və “Azərbaycanda Ən Yaxşı Broker Xidmətinin Təşkili- 2020” mükafatlarına layiq görülüb.
Hazırda “Unicapital” investorların həm yerli, həm də 17-dən artıq xarici kapital bazarına çıxışını təmin edir. Bazardakı uğurlu təcrübəsinə əsasən, Unicapital Azərbaycan bazarında iştirak etmək istəyən xarici investorlar, həmçinin, beynəlxalq bazarlara investisiya etmək istəyən fiziki və hüquqi şəxslər üçün etibarlı tərəfdaşdır.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
29 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 54 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq



























