Yaşayış binalarında yerləşən mağazalar saat 23:00-a qədər işləyəcək - YENİ TƏLƏBLƏR
Yaşayış binalarında yerləşdirilməsi qadağan edilən ictimai təyinatlı obyektlər müəyyənləşib.
Bu, Dövlət Şəhərsalma və Arxitektura komitəsinin kollegiyasının qərarı ilə təsdiqlənən “Yaşayış binaları. Layihələndirmə normaları”nda əksini tapıb.
Normalara əsasən, insanlara zərərli təsir göstərən aşağıdakı obyektlərin yaşayış binasının zirzəmi, kürsülük, birinci və ikinci mərtəbələrində yerləşdirilməsinə yol verilmir:
- istismarı zamanı yaşayış ərazisini və ətraf mühiti çirkləndirə bilən kimyəvi və digər məmulatların ixtisaslaşdırılmış satış mağazaları;
- partlayış və yanğın təhlükəli maddə və materiallar satılan mağazalar;
- sintetik xalça məmulatlarının, avtomobil şinlərinın satışı mağazaları;
- ixtisaslaşmış balıq mağazaları;
- müxtəlif təyinatlı anbarlar, o cümlədən topdansatış anbarları;
- saat 23:00-dan sonra iş rejimi olan bütün müəssisələr və mağazalar;
- tezalışan maddələrlə işləyən məişət xidməti müəssisələri, hamamlar, saunalar (mənzillərdəki fərdi saunalar istisna olmaqla);
- sahəsi 250 m2-dən artıq, oturacaq yerlərinin sayı 50-dən çox olan yeməkxana və istirahət müəssisələri;
- camaşırxana və kimyəvi təmizləmə müəssisələri (qəbul məntəqələri və növbədə 75 kq-a qədər istehsal gücü olan özünəxidmət camaşırxanaları istisna olmaqla);
- ümumi sahəsi 100 m 2- dən artıq olan avtomat telefon stansiyaları;
- ictimai tualetlər;
- dini ayinləri keçirən müəssisələr;
- binanın hüdudları daxilində və ona bitişik inşa edilmiş transformator yarımstansiyaları;
- istehsalat sahələri (əlilliyi olan şəxslərin və ahıl insanların əməyindən istifadə edən müəssisələr, o cümlədən quraşdırma və dekorativ işlər emalatxanaları istisna olmaqla);
- baytarlıq klinikaları və kabinetləri;
- təbii və mayeləşdirilmiş qazdan yanacaq kimi istifadə edən cihazların yerləşdirilməsinin nəzərdə tutulduğu ictimai iaşə, ticarət, məişət xidməti və digər təyinatlı obyektlər.
Yaşayış binalarında yoluxucu xəstəliklər üzrə həkim qəbulu kabinetlərinin yerləşdirilməsi qadağan edilib
övlət Şəhərsalma və Arxitektura komitəsinin kollegiyasının qərarı ilə təsdiqlənən “Yaşayış binaları. Layihələndirmə normalarına görə, ”Yaşayış binalarında, eləcə də həmin binalara bitişik tikililərdə ambulator-poliklinik tibb müəssisələrinin (kabinetlərin) yerləşdirilməsinə yol veriləcək.
Normalara əsasən, o cümlədən: müalicə-sağlamlıq, reabilitasiya və bərpa müəssisələrinin, həmin mərkəzlərin nəzdində gündüz stasionarlarının yerləşdirilməsinə yol veriləcək.
Yaşayış binalarında yerləşdirilən tibb müəssisələri binanın əsas hissəsindən əsaslı divarlarla ayrılmalı, müstəqil ventilyasiya, kanalizasiya sistemləri və xəstələr üçün ayrıca girişlə təchiz edilməlidir.
Yaşayış binalarında tibb müəssisələri Səhiyyə Nazirliyinin 2009-cu il 07 aprel tarixli 37 nömrəli əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair Qaydalar” nəzərə alınmaqla yerləşdirilməlidir.
Binaların zirzəmi, kürsülük, birinci və ikinci mərtəbələrində palatalı şöbələrin, elektrik şüası ilə müalicə şöbələrinin, doğum şöbəsinin, prosedur və həkim kabinetlərinin, dispanserlərin bütün növlərinin, travmatoloji məntəqələrin, təcili tibbi yardım yarımstansiyalarının, bakterioloji laboratoriyaların, dəri-zöhrəvi, ruhi-əsəb, yoluxucu xəstəliklər üzrə həkim qəbulu kabinetlərinin, şüa diaqnostikası kabinetlərinin (rentgen, kompüter tomoqrafiyası, nüvəmaqnit rezonans), şüa terapiyası, radioizotop diaqnostikası və müalicə şöbələrinin yerləşdirilməsinə yol verilmir.
Qeyd edilib ki, dövlət sanitariya-epidemioloji xidmət orqanları ilə razılaşdırıldığı təqdirdə, yaşayış binalarında yerləşdirilən ambulator-poliklinik tibb müəssisələrində, üfüqi və şaquli istiqamətdə qonşu sahələr yaşayış təyinatı olmadığı halda şua diaqnostikası kabinetlərinin təşkilinə yol verilir.
Yaşayış binalarında uşaqlar üçün dərnək və əyləncə otaqlarının yerləşdirilməsinə yol verilməyəcək
Yaşayış binalarında 50 nəfərdən çox tutumu olan zalların yerləşdirilməsinə yol verilməyəcək. Normalara əsasən, yaşayış binalarının kürsülük və zirzəmi mərtəbələrində tezalışan və yanar mayelərin və mayeləşdirilmiş qazların (zirzəmilərdə isə həmçinin təbii qazların), partlayıcı maddələrin, yanacaq materiallarının saxlanması, emal olunması və müxtəlif qurğularda istifadə olunması üçün nəzərdə tutulmuş otaqların; uşaqlar üçün məşğələ, dərnək və əyləncə otaqlarının, 50 nəfərdən çox tutumu olan zalların yerləşdirilməsinə yol verilmir. Bu mərtəbələrdə digər obyektlər yerləşdirilərkən Normalarla müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmalıdır.
Eyni zamanda yaşayış binasının sonuncu mərtəbəsində rəssam və memarlar üçün emalatxanalar, həmçinin işçilərin sayı 5 nəfərdən çox olmayan ofis otaqları yerləşdirilə bilər. Bu zaman Normaların tələbləri nəzərə alınmalıdır.
Telegramda Marja.az səhifəsinə abunə olun
© APA
Müştərilərin xəbərləri
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
"Changan Azərbaycan" iddialara cavab verdi: "Məlumatlarməqsədli qarayaxma kampaniyası xarakteri daşıyır" - VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola CCI” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsini elan edir
- 2 gün sonra
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlərin iştirakı ilə pambıqçılıq və pambıq istehsalında dəyər zənciri müzakirə olunub
-
4 saat əvvəl
SOCAR və “Wood” əlavə əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər
-
4 saat əvvəl
Novruz sərfəli imkanlar gətirir: VTB (Azərbaycan)-da kreditlər 9,5%-dən və komissiyasız!
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bolt: Azərbaycan ofisinin rəhbərliyində dəyişikliklərin baş verdiyini təsdiqləyirik
-
6 saat əvvəl
KOBİA və AZPROMO-nun əsasında yeni Agentlik yaradılacaq - FƏRMAN
-
6 saat əvvəl
Tesla-nın Avropada satışı ardıcıl 13-cü ay azalıb, BYD isə bazar payını sürətli artırır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlərin iştirakı ilə pambıqçılıq və pambıq istehsalında dəyər zənciri müzakirə olunub
Novruz sərfəli imkanlar gətirir: VTB (Azərbaycan)-da kreditlər 9,5%-dən və komissiyasız!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bolt: Azərbaycan ofisinin rəhbərliyində dəyişikliklərin baş verdiyini təsdiqləyirik
KOBİA və AZPROMO-nun əsasında yeni Agentlik yaradılacaq - FƏRMAN
Tesla-nın Avropada satışı ardıcıl 13-cü ay azalıb, BYD isə bazar payını sürətli artırır
Dövlət müəssisələri tərəfindən Maliyyə Nazirliyinə təqdim ediləcək məlumat və hesabat formaları təsdiq edilib
"CFI Financial Group" Azərbaycandakı törəməsindəki payını azaldıb
“Xudafərin”, “Qız Qalası” və “Ordubad” stansiyalarının icrası və elektrik enerjisinin ixracı ilə bağlı müzakirələr aparılıb
Naxçıvanda içməli su ilə təminat subartezian quyular ilə yaxşılaşdırılacaq - 40 QUYU QAZILACAQ, SİYAHI



















