“Agro Dairy” Azərbaycanda kənd təsərrüfatı sahəsində İSO 37001:2016 sertifikatını alan ilk şirkət oldu
İSO 37001:2016 korrupsiyaya qarşı idarəetmə sistemi sertifikatıdır
(®) Azərbaycanın kənd təsərrüfatı sahəsində iri və qabaqcıl şirkətlərindən olan “Agro Dairy” MMC ISO 37001:2016 “Korrupsiyaya qarşı idarəetmə sistemi” standartlarına uyğunluq sertifikatını əldə edərək, korporativ mədəniyyətin şirkət üçün böyük önəm daşıdığını nümayiş etdirmiş oldu.
Sertifikatlaşdırılma auditi ABŞ-ın ən böyük akkreditasiya qurumu olan ANAB (ANSI National Accreditation Board) tərəfindən akkreditə olunmuş Denetik International Certification and Surveillance Services şirkəti tərəfindən keçirilmişdir.
ISO 37001:2016 standartları təşkilatlarda müxtəlif fəaliyyət istiqamətləri üzrə korrupsiya riskinin azaldılması məqsədilə daxili nəzarət sistemlərinin, proses və təlimatların yaradılmasını, tətbiqini, dövri olaraq effektivliyinin yoxlanmasını və təkmilləşdirilməsini tələb edir.
“Agro Dairy” MMC öz biznes fəaliyyətini həyata keçirən zaman etik normalara, eyni zamanda qüvvədə olan bütün qanunlara əməl etməklə öz işgüzar fəaliyyətini yerinə yetirməyi bir öhdəlik olaraq öz üzərinə götürür və bu baxımdan da rüşvətxorluq və korrupsiyaya qarşı dözülməzlik nümayiş etdirərək öz fəaliyyəti zamanı peşəkarlıq, ədalətlilik və şəffaflıq prinsiplərini əsas götürür, eyni zamanda, əməkdaşlıq etdiyi istər yerli, istərsə də xarici şirkətlərlə öz yurisdiksiyası çərçivəsində rüşvətxorluq və korrupsiyaya qarşı siyasət aparır.
Qeyd edək ki, ISO 37001 standartları Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən 2016-cı ildə dərc edilmişdir. İSO 37001 korrupsiyaya qarşı mübarizə sahəsində ilk və qlobal səviyyədə qəbul edilmiş yeganə standart hesab edilir.
Müştərilərin xəbərləri

"PAŞA Holding"in təşkil etdiyi növbəti “INMerge” İnnovasiya Sammitinə "Netflix" in həmtəsisçisi Mark Randolf gəlir!
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 gün sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 6 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 8 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Abşeron dairəvi dəmir yolu üzrə qatarların yeni hərəkət cədvəli açıqlandı
-
2 gün əvvəl
8 ayda mobil operatorlar 826 milyon manat gəlir əldə ediblər
-
2 gün əvvəl
Mələk investorların diqqətinə - ABŞ-dan ekspertlər gəlir, təcrübələrini bölüşəcəklər
-
2 gün əvvəl
"Su təchizatına yatırılan hər 1 dollar dövlətə 2 dollar həcmində vergi formasında geri qayıdır"
-
2 gün əvvəl
Mərkəzi Bank "Mercedes-Benz"in Azərbaycandakı distributoruna lisenziya verib
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Sentyabrın 14-də gözlənilən hava şəraiti

Azərbaycan neftinin son qiyməti

Mələk investorların diqqətinə - ABŞ-dan ekspertlər gəlir, təcrübələrini bölüşəcəklər

"Su təchizatına yatırılan hər 1 dollar dövlətə 2 dollar həcmində vergi formasında geri qayıdır"

“Mələk İnvestorlar Məktəbi” Bakıda yeni formatda təşkil olunacaq

Azərbaycada 280 min nəfər işsiz əhali var

Azərbaycanda sement, armatur, beton və əhəng istehsalı azalıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Dövlət 3 bankda 450 milyon manat depozit yerləşdirdi
.webp)
TuranBank 15 milyon dollarlıq saziş imzalayıb
