"ABŞ bazara təsir etmək üçün ehtiyatdan 100-130 milyon barel neft buraxmalıdır"
"ABŞ-ın ölkənin strateji ehtiyatından 50 milyon barel nefti satışa çıxarması dünya bazarı üçün çox əhəmiyyətsizdir, ABŞ hakimiyyəti enerji qiymətlərinə təsir etmək üçün ehtiyatdan ən azı iki dəfə bundan çox istifadə etməlidir".
Marja xəbər verir ki, bunu Amerikanın “Navigator Principal Investors” investisiya şirkətinin direktoru Kayl Şostak bildirib.
Ekspert qeyd edib ki, ABŞ və Çin arasında çətin münasibətlərə baxmayaraq, bir sıra ölkələrlə yanaşı, strateji ehtiyatların bir hissəsinin satılması addımının Çin tərəfindən də dəstəkləndiyini nəzərə alsaq, bu qərar “özlüyündə kifayət qədər görünməmiş qərardır”.
“Ancaq mənə elə gəlir ki, az-çox uzunmüddətli effekt əldə etmək üçün bazar bu cür satışın daha ciddi həcmlərini tələb edəcək. Bazarda qiymətlərin əhəmiyyətli dərəcədə azalması və ya sabitləşməsi üçün ən azı 100-130 milyon barel neft tələb olunur", - Şostak əlavə edib. Onun sözlərinə görə, 50 milyon barel neftin sərbəst buraxılmasının bazara təsiri çox qısamüddətli olacaq.
İnvestor qeyd edib ki, Birləşmiş Ştatlar hazırda 600 milyon bareldən çox olan böyük neft ehtiyatlarından 100 milyon barel də istifadə edə bilər.
Şostakın sözlərinə görə, ABŞ-da hakimiyyət orqanlarının gördüyü tədbirlərdən sonra benzin 5-15 sent ucuzlaşacaq, lakin qiymətlərin belə ucuzlaşmasının “çox uzun davam etməsi mümkün deyil”.
Çərşənbə axşamı Ağ Ev ABŞ prezidenti Co Baydenin ölkənin strateji ehtiyatından 50 milyon barel neftin satışa çıxarılması barədə qərarını açıqlayıb. Açıqlamada deyilir ki, bu, amerikalılar üçün yanacaq qiymətlərini aşağı salmaq və post-koronavirus pandemiyasında tələb və təklifi tarazlaşdırmaq üçün edilir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
51 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 54 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı

























