Tədbir görülməsə, quşların qışlama yeri olan Mahmudçaladan təkcə çala qalacaq
"İndi ovdan əliboş qayıdırıq"Salyan-Biləsuvar yolunun üstündə yerləşən Mahmudçala qədimdən ovçuların ovlaq yeri olub. Payızın ilk aylarından başlayaraq şimaldan quşlar qışlamaq üçün bura köç edirlər. Yüz hektarlarla su hövzəsi, suda bitmiş qamış, dala, sahildə quşların qidası olan digər yabanı bitkilər “qanadlı qonaq”lardan ötrü çox əlverişli təbii şəraiti təmin edən şərtlərdir.
Sovetlər zamanında bu ərazi ovçuluq təsərrüfatı kimi Ovçular Cəmiyyətinin Salyan təşkilatının tabeliyində olub. Cəmiyyətin sədri Valeri Danilov təbiəti sevən, onun qorunmasına son dərəcə məsuliyyətlə yanaşan bir insan kimi ovçuların xatirəsində indi də yaşayır. Bundan əlavə, o zaman təbiətə qənim kəsilən brakonyerlərə qarşı mübarizə aparan Rayonlararası Təbiəti Mühafizə İdarəsi Mahmudçala ovçuluq təsərrüfatının, necə deyərlər, beş addımlığında - Salyan şəhərində yerləşirdi. Müxtəlif illərdə canları-qanları ilə təbiətə bağlı olan Paşa Əbilov və Mais Ağalarov kimi təcrübəli, prinsipial adamlar həmin idarəyə rəhbərlik etmişlər. İdarənin əməkdaşları, demək olar ki, günün bütün saatlarında iş başında olar, qanunsuz balıq və quş ovunun qarşısını alar, eyni zamanda nəsli kəsilməkdə olan, adı “Qırmızı kitab”a düşən quş, balıq, digər heyvan və bitkiləri göz bəbəkləri kimi qoruyardılar. Qayda-qanunlara əməl etməyənlərə qarşı görülən tədbirlər başqalarına da dərs olardı.
Bəs bu iş indi necə təşkil edilib?
Bəri başdan bildirək ki, Ovçular Cəmiyyətinin yerli təşkilatları indi fəaliyyət göstərmir. Nəzarət məsələsinə gəldikdə isə, bu iş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəranda yerləşən regional idarəsinin öhdəsinə düşür. Məsafə baxımından uzaq olduğundan idarənin işçiləri Mahmudçalaya az-az gəlir və bu səbəbdən nəzarət funksiyalarını tələb edilən səviyyədə yerinə yetirə bilmirlər. Belə hal isə brakonyerlərə yaxşı fürsət yaradır. Onlar qorxu-ürkü bilmədən ovçuluq qayda-qanunlarını pozur, təbiətə ziyan vururlar. Ov edib pul qazanan brakonyerlər öz əməllərini əsasən gecə vaxtı həyata keçirirlər. Qayıqlarla gölün dərinliklərinə gedib özləri üçün münasib yer seçən, marıq quran brakonyerlər ördək, qaz, qaşqaldağın qənimidirlər. Onlar bu quşları kütləvi şəkildə ovlamaq (daha doğrusu, qırmaq) üçün min oyundan çıxırlar. Əvvəl quşların rezin və kauçukdan düzəlmə müqəvvalarını oturduqları marığın qarşısına düzürlər. Sonra isə xüsusi cihazla həmin quşların yazılmış səsini ətrafa yayırlar. Beləliklə, yazıq quşlar böyük dəstələrlə bu səslərə aldanaraq tələ kimi düzülmüş müqəvvaların yanına qonurlar. Həmin anda insafsız ovçu əlinin altında hazır saxladığı güclü fanarın işığını yandırır. Gözünə işıq düşən quşlar çaşbaş qalır. Bu zaman brakonyerlər yaxın məsafədən açdıqları atəşlə quşları qırıb-tökürlər. Tələyə düşən düşür, sağ qalanlar isə uçub gedirlər.
Əsl ovçular, yəni təbiətsevərlər isə həftəsonu lisenziya (icazə) alıb Mahmudçalaya gəlsələr də, burada ov edə bilməyib kor-peşman, əliboş geri qayıdırlar. Salyan rayonunun Borankənd sakinləri Sədyar Əhədov, Nazim Əhədov, Qədirağa Əhmədov və başqaları deyirlər ki, 40 ildən çoxdur ovçuluqla məşğul olurlar: “Payız-qış aylarında hər həftənin sonu lisenziya götürüb bura ova gəlmişik. Əvvəllər ovumuz uğurlu olurdu. Qoyulmuş qaydaya əsasən, qaşqaldaq, ördək, hətta qaz vururduq. Göldən çıxıb sakit bir yerdə səksöyül yığır, ocaq qalayıb ovumuzun tamından dadardıq. Bu, bizim üçün əsl istirahət idi. İndi isə ovdan əliboş qayıdırıq. Axşamlar işıqla ov edən brakonyerlər gələn quşları pərən-pərən salırlar. Quşlar da bunu görüb başqa yerlərə, ayrı göllərə uçub gedirlər. Əlaqədar təşkilatlardan xahişimiz odur ki, Mahmudçala ovlağında qayda-qanun yaratsınlar. Əks halda Mahmudçaladan təkcə çala qalacaq”.
Telegramda Marja.az səhifəsinə abunə olun
© Seyran CAVADOV, “Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 21 saat sonra
-
-
35 d. əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 44 d. əvvəl
-
50 d. əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
2 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"
Azərbaycan neftinin son qiyməti






.jpg)










.jpg)






