Mərkəzi Bank lotereyaya start verir - 400 NƏFƏR QALİB OLA BİLƏR
“AniPay ilə ödə və qazan” lotereyası rəqəmsal ödənişlərin stimullaşdırılması məqsədilə keçirilir.Ani Ödənişlər Sistemindən (AÖS) istifadənin təşviqi məqsədilə Mərkəzi Bank tərəfindən 1 noyabr 2021-ci il tarixindən başlayaraq geniş əhali təbəqəsini əhatə edən ölkə miqyaslı “AniPay ilə ödə və qazan” adlı stimullaşdırıcı lotereyaya start verilir.
Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, cari ilin noyabr ayı ərzində keçiriləcək stimullaşdırıcı lotereya dövründə AÖS vasitəsilə minimum 5 (beş) manat məbləğində köçürmə əməliyyatı aparan istifadəçilər lotereyada iştirak hüququ əldə edəcəklər.
Lotereya yalnız fiziki şəxslər arasında aparılan əməliyyatları əhatə edir və ümumilikdə ölkə üzrə 400 nəfərin qalib olacağı planlaşdırılır. Hər bir qalib üzrə 100 (bir yüz) manat təşkil edəcək uduş məbləği qalib şəxsin bank hesabına köçürüləcəkdir.
Lotereyada AÖS-ün “AniPay” tətbiqi, habelə bankların sistemə inteqrasiya olunmuş internet və mobil bankçılıq xidmətlərinin “AniPay” funksionallığı bölməsi, eyni zamanda filiallarda AÖS vasitəsilə həyata keçirilən köçürmələr nəzərə alınacaqdır.
Lotereya haqqında daha ərtaflı məlumat Mərkəzi Bankın rəsmi internet səhifəsində xüsusi bölmədə (https://www.cbar.az/page-717/pay-by-anipay-and-win-2021) yerləşdirilmişdir.
Qeyd edək ki, hazırda 20 bank, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu və “Azərpoçt” MMC AÖS platformasına inteqrasiya olunmuşdur. Əhali və iqtisadi subyektlərin sistemin imkanlarından daha aktiv istifadəyə cəlb edilməsi məqsədilə Mərkəzi Bank tərəfindən AÖS üzrə göstərilən əməliyyatlarla bağlı iştirakçı təşkilatlardan 1 yanvar 2022-ci il tarixinə kimi xidmət haqqı tutulmaması qərara alınmışdır.
AÖS-ə inteqrasiya olunmuş bankların müştəriləri internet və mobil bankçılıq xidmətləri, habelə sistemin “AniPay” mobil tətbiqindən (Android: http://bit.ly/3b78WQo
və IOS: https://apple.co/3hXL17u) istifadə etməklə 24/7 rejimində ödənişlərini anında həyata keçirə bilərlər.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
3 d. əvvəl
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
- 11 d. əvvəl
- 30 d. əvvəl
-
44 d. əvvəl
Moody’s: Tənzimləmə islahatları Azərbaycanın bank sektorunun dayanıqlığını gücləndirib
-
56 d. əvvəl
Qlobal bank qızılın qiymətilə bağlı proqnozunu 500 dollar yüksəltdi - 5400 DOLLAR
-
1 saat əvvəl
SOCAR Afrikada neft-qaz yatağının işlənməsi layihəsində 10% iştirak payı aldı
-
1 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
-
2 saat əvvəl
“SİMA İmza” ilə “Expressbank”da depozit yerləşdirilməsi rəqəmsallaşdı
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
Fransa bankı yüzlərlə əməkdaşını işdən çıxaracaq
Ən çox oxunanlar
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
Rəsmi məzənnələr açıqlandı
Azərbaycan xaricdən ət alışını azaldıb
İpoteka ilə, yoxsa daxili hissəli ödənişlə ev almaq? Planlı maliyyə və uzunmüddətli güvən modeli hansıdır?
























