23 milyon manat zərərdən 11 milyon manatdan çox mənfəətə!
2020-ci ilin 9 ayını (yanvar-sentyabr dövrünü) 23 milyon 193 min manat xalis zərər ilə başa vurmuş “Yelo Bank” ASC, 2021-ci ilin 9 ayını 11 milyon 367 min manat xalis mənfəət ilə bağlayıb. Xalis mənfəətin böyük hissəsi ehtiyatdan azad olmuş vəsait ilə əlaqədardır.
Marja Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, 2021-ci ilin 9 ayında “Yelo Bank”ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 48 milyon 810 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 47 milyon 260 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 1 milyon 550 min manat təşkil edib. Eyni zamanda, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş (qayıtmış) 9 milyon 817 min manatın heabına mənfəət 11 milyon 367 min manata yüksəlib.
Xatırladaq ki, 2020-ci ilin 9 ayında “Yelo Bank”ın cəmi əməliyyat gəlirləri 43 milyon 348 min manat, cəmi əməliyyat xərcləri 43 milyon 506 min manat, xərclər gəlirləri üstələdiyindən əməliyyat zərəri 157 min manat təşkil etmişdi. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 23 milyon 35 min manat ayırması ilə əlaqədar olaraq Bank həmin dövrü 23 milyon 193 min manat xalis zərər ilə bağlamışdı.
2021-ci ilin 9 ayında “Yelo Bank”ın cəmi əməliyyat gəlirlərinin 5 milyon 462 min manat artmasına qarşılıq cəmi əməliyyat xərcləri 3 milyon 754 min manat artıb. Qısası, gəlirlər xərclərdən 1 milyon 708 min manat çox artıb və bu Bankın əməliyyat mənfəətinə çıxmasını təmin edib.

"Yelo Bank"ın cəmi aktivləri 2021-ci ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 104 milyon 810 min manat və ya 26,8% artaraq 495 milyon 734 min manata yüksəlib. Bank 2020-ci ilin sonunda390 milyon 924 min manat cəmi aktivlərə malik idi.
"Yelo Bank" tərəfindən müştərilərə verilmiş kreditlər 2021-ci ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 99 milyon 804 min manat və ya 32,4 % artaraq 408 milyon 142 min manata çatıb. Bank 2020-ci ilin sonunda 308 milyon 338 min manat kredit portfelinə malik idi.
O cümlədən, "Yelo Bank" tərəfindən verilmiş biznes kreditləri 82 milyon 870 min manat və ya 57,6% artaraq 226 milyon 832 min manata, istehlak kreditləri 27 milyon 99 min manat və ya 32,2% artaraq 111 milyon 189 min manata çatıb. Bankın daşınmaz əmlak kreditləri (ipoteka) portfeli 10 milyon 166 min manat və ya 12,7% azalaraq 70 milyon 122 min manata düşüb.
"Yelo Bank"da depozitlər 2021-ci ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 74 milyon 372 min manat və ya 31,6% artaraq 309 milyon 531 min manata qalxıb. 2020-ci ilin sonunda Bankda depozitlər 235 milyon 159 min manat təşkil etmişdi.
30 Sentyabr 2021-ci il tarixində "Yelo Bank"64 milyon 266 min manat məcmu kapitala malik olub. Ötən ilin sonunda Bankın məcmu kapitalı 53 milyon 805 min manat təşkil etmişdi.
2021-ci ilin yanvar ayından etibarən "Yelo Bank"ın İdarə Heyətinin sədri vəzifəsini Anar Həsənov icra etməyə başlamışdır. Anar Həsənov özünə yaxın bir sıra peşəkaları da Banka cəlb edib.
Yelo Bankın İdarə Heyətinin sədri Anar Həsənov maliyyə nəticələrini belə şərh edib: "Hər növbəti ay, hər növbəti rüb yeni strategiyamızın düzgünlüyünə daha da əmin oluruq. Lakin bu nəticələr yalnız strategiya deyil, onu düzgün icra edən 900 nəfərdən ibarət böyük bir komandanın uğurudur. Artan müştəri məmnuniyyəti bu ailənin hər bir üzvünə hər ötən gün daha yaxşı xidmət göstərmək üçün yeni stimul verir. Xidmət keyfiyyətini daha da artırmaq və daha çox müştəriyə çata bilməyimiz üçün filial şəbəkəmizi genişləndirməklə bərabər rəqəmsal məhsullarımızı da inkişaf etdiririk. Tezliklə Yelo Bank hər kəsə daha yaxın olacaq.".
Tanınmış Azərbaycan əsilli iş adamı, milyarder Vahid Ələkbərov "Yelo Bank" ASC-nin əsas səhmdarıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
13 d. əvvəl
“Azərsun Holdinq” növbəti dəfə “Best managed companies” mükafatı qazanıb
-
28 d. əvvəl
Bank Respublika ad günündə müştərisinə avtomobil təqdim etdi
- 31 d. əvvəl
-
1 saat əvvəl
Mayın 23-nə olan hava proqnozu - 27-28 dərəcə isti gözlənilir
-
1 saat əvvəl
Azərbaycan kapital bazarlarında ilk: ABB Invest “agile” (çevik) idarəetməyə keçdi!
-
2 saat əvvəl
Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin ediləcək - ADLARI
-
2 saat əvvəl
“Karabakh” şərabı IWSC beynəlxalq müsabiqəsində mükafata layiq görülüb
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin ediləcək - ADLARI
Ən çox oxunanlar
Azərbaycanın sığorta bazarı 4 %-ə yaxın böyüyüb
Problemli borcları yığan şirkət böyüyüb, xalis mənfəəti kəskin artıb
SİMA həlləri WUF13-də təqdim edildi
Çinarlı MTK: yeni metro yaxınlığında və Binəqədidə infrastrukturla paralel inkişaf edən layihə maraq yaradır
“CPM-invest”in xalis mənfəəti 6,6 dəfə artıb
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı







.jpg)













.jpg)

