EKVİTA şirkəti Baş hüquqşünas axtarır
Hüquq, vergi, maliyyə, audit və konsaltinq xidmətləri göstərən EKVİTA şirkətinə Baş hüquqşünas tələb olunur.
Əsas Məsuliyyətlər
- Kommersiya (biznes) hüququ ilə bağlı hüquqi təhlillər aparmaq, hüquqi risk və problemləri müəyyən etmək, müvafiq prosedurları araşdırmaq və uyğun praktiki həll yolları təklif etmək;
- Hüququn müxtəlif sahələri üzrə praktikanı nəzərə almaqla hüquqi sənədləri ilkin versiyada hazırlamaq, yoxlamaq, danışıqlar aparmaq və yekunlaşdırmaq;
- Müştəri sənədlərinin hüquqi siyasət və prosedurlar baxımından uyğunluğunu yoxlamaq.
Əsas keyfiyyətlər və təcrübə
- Magistr təhsilinin olması üstünlükdür. İdeal namizədin xarici universitetlərdən magistr dərəcəsi ola bilər;
- Hüquq şirkətində 3-5 il və ya alternativ olaraq müxtəlif fəaliyyət profilli şirkətdə 5 il korporativ idarəetmə üzrə təcrübə;
- Məhkəmə təcrübəsi və vəkillik mütləqdir;
- Dövlət idarələri ilə iş təcrübəsinə üstünlük veriləcək;
- Rus dilində səlis danışmaq və yazmaq bacarığı.
Ünsiyyət bacarığı
- Effektiv dinləyici – diqqətlə dinləmək və verilən bütün təlimatları anlamaq bacarığı;
- Mükəmməl yazı və səlis şifahi ünsiyyət bacarıqları – fikri qısa, açıq və ardıcıl ifadə etmək bacarığı.
Analitik bacarıq
- Güclü analitik bacarıqlar; istənilən əməliyyat zamanı hüquqi məsələləri və riskləri müəyyən etmək bacarığı;
- Müstəqil qərar qəbul etmək bacarığı və təcrübəsi;
- Müstəqil və ya minimum nəzarət ilə hərtərəfli tədqiqat aparmaq bacarığı.
Əsas bacarıq və səriştələr
- Düzgün davranış qaydalarına sahib, iddialı, lakin real gözləntiləri olan şəxs;
- Yüksək etik və peşəkar standartlar;
- Gərgin son təslim tarixlərinin öhdəsindən gəlmək və zərurət olduqda çox çalışmaq;
- Azərbaycan və Rus dillərini mükəmməl bilmək (yazılı və şifahi); İngilis dili biliyinin olması üstünlükdür;
- Kompüterlə effektiv işləmə bacarığı;
- Nəzarət olmadan işi planlaşdırmaq və təşkil etmək bacarığı;
- Komanda ilə işləmək bacarığı, əməkdaşlara hörmət etməli və onları dəstəkləməli;
- Minimum nəzarət ilə müştərilərlə birbaşa işləmək bacarığı.
Əmək haqqı və digər faydalar
- Uyğun namizədə bacarıq və təcrübəsi əsasında rəqabətə davamlı əmək haqqı təklif ediləcək.
- Nüfuzlu sığorta şirkətində tibbi sığorta ilə təmin ediləcək.
- İllik hesabat vaxtından asılı olaraq bonuslar təklif oluna bilər (müzakirə ediləcək və razılaşdırılacaq).
- Həm yerli, həm də xarici treyninq imkanları yaradılır.
- Hüquq təhsilinin maliyyələşdirilməsinə kömək məqsədilə faizsiz uzunmüddətli kreditlər verilə bilər (müzakirə ediləcək və razılaşdırılacaq).
İddialı şəxslər CV-lərini [email protected] email ünvanına “Baş Hüquqşünas” başlığı ilə göndərə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















