Elman Rüstəmov: "Maliyyə sektorunda çox ciddi islahatlar aparılacaq"
"Bank sektoru düşünməlidir""Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strategiyanın formalaşmasında Azərbaycan Mərkəzi Bankı (AMB) da aktiv iştirak edir".
Bunu AMB-nin sədri Elman Rüstəmov bildirib.
Onun sözlərinə görə, bu baxımdan maliyyə sektorunun qarşısına olduqca ciddi vəzifələr qoyulub:
"Odur ki, maliyyə sektorunda çox ciddi islahatlar aparılacaq, cox ciddi proseslər gedəcək. Bank sektoru, hər bir maliyyə institutu qarşıdakı dövrdə korporotiv inkişafı, korporotiv idarəetmə standartlarının tətbiq ediməsi, insan kapitalının inkişafı, daxili bilik-bacarıqlar, ekspertiza imkanlarını, daxili texnoloji, tədqiqat və proqnozlaşdırma bazalarını ciddi şəkildə artımaq üzərində düşünməlidir".
"2030-cu ilə qədər inkişaf strategiyası müəyyənləşdirilib"
Elman Rüstəmov bildirib ki, "Azərbaycanda post-pandemiya, postneft və postkonflikt dövrünün çağrışlarını nəzərə alan ölkə prezidenti 5 milli prioritet müəyyənləşdirib".
"Bu günlərdə hökumət və AMB yeni milli inkişaf strategiyası müəyyən edib. Bu strategiya 2030-cu ilə qədər hesablanıb. Onun 1-ci mərhələsi 2022-2026-cı illəri əhatə edəcək. Bu strategiyanın əsas elementləri iqtisadi artım, iqtisadi şəffaflıq, şaxələnmə, yaşıl iqtisadiyyat, ətraf mühit, inkluzivlik və digər dünyada baş verən ən müasir proseslərə cavab olaraq müəyyənləşdirilib. Strategiyada ən mühüm istiqamətlərdən biri bütövlükdə iqtisadiyyatın şaxələndirilməsidir, dövlət investisiyalarının özəl investisiyalarla əvəz edilməsidir. Burda bank sektorunun üzərinə olduqca böyük məsuliyyət düşür, sektorun qarşısında olduqca böyük çağırışlar var", - o deyib.
Telegramda Marja.az səhifəsinə abunə olun
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
34 d. əvvəl
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
-
38 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 51 d. əvvəl
- 54 d. əvvəl
- 56 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib












.jpg)






