AccessBank-ın müvəqqəti sədrilə müsahibə
"Əsas planımız mikro və aqro-sahibkarlar seqmentində kredit portfelini artırmaqdır"AccessBank-ın İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Yevgeniya Qaşikulina ilə müsahibə.
- Mərkəzi Bank tərəfindən uçot dərəcəsinin artırılması ilə əlaqədar AccessBank-ın planlarında dəyişikliklər və ya hər hansısa gözləntilər varmı?
- Mərkəzi Bankın bu qərarı inflyasiyanın artması riskini məhdudlaşdırmaq məqsədi daşıyır. Faiz artımı əlbəttə ki, əmanətlər üzrə məhsul və faizlərin artmasına səbəb olmalıdır. Ancaq bu asılılıq birbaşa təsir etmir. Asılılıq qısa müddətli likvidlik, bankların kredit vermək ambisiyaları ilə dəyişə və sığortalanan əmanətlərin illik faiz dərəcəsi ilə məhdudlaşa bilər. AccessBank olaraq manat resurslarının dəyərinin bir qədər artacağını proqnozlaşdırıq və bu artımı kreditlərin faiz dərəcələrinə təsir etmədən kompensasiya etməyə çalışacağıq.
- Bankın nizamnamə kapitalının artırılması ehtimalı yaxın gələcəkdə nəzərdə tutulurmu? Əgər belə bir ehtimal varsa, o zaman proses necə həyata keçiriləcək?
- Bu məsələ illik planlaşdırmanın bir hissəsidir: bank makroiqtisadi təhlil apararkən biznes mühitinin inkişaf perspektivlərini müəyyənləşdirir və bütün əlaqədar riskləri müəyyən edir. Təhlilin nəticələrinə əsasən, həmçinin bankın strateji planlarını və ambisiyalarını nəzərə alaraq kapital haqqında qərar qəbul edilir. Bu il də eyni proses gözlənilir və ilin sonuna yaxın kapitalın artırılıb-artırılmayacağı bəlli olacaq.
-Bu ilin sonu və gələn ilin əvvəlində əsas planlar hansılardır?
- Əsas planımız mikro və aqro-sahibkarlar seqmentində kredit portfelini artırmaqdır. Bankın gəlirliliyini və səmərəliliyini də artırmaq planlarımıza daxildir.
Əlbəttə ki, daimi vəzifələrimizdən biri də müştəriyönümlü xidmət göstərməkdir. Bunun üçün prosesləri asanlaşdırmağı, əməkdaşlarımızda yeni bacarıqlar inkişaf etdirməyi və yeni texnologiyalar tətbiq etməyi nəzərdə tutmuşuq.
-Onlayn bank yaratmaq barədə düşünürsünüzmü?
- Əvvəlcə gəlin, aydınlaşdıraq görək onlayn bankçılıq deyərkən məhz nə nəzərdə tutulur. Əgər bank əməliyyatlarının maksimum sayda onlayn rejimdə həyata keçirilməsinin mümkünlüyünü müzakirə ediriksə, o zaman, əlbəttə - bəli. Biz Mərkəzi Bankın və Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə bu istiqamətdə çox fəal işləyirik. Ancaq deyək ki, Neo Bank - yəni tamamilə filialsız və yalnız rəqəmsal formatda fəaliyyət göstərən bir bank anlayışını nəzərdə tuturuqsa, bu, şübhəsiz ki, bizim üçün keçərli deyil. Filiallar bizə müştərilərimizə fərdi məsləhətlər verərək onlara ən yaxşı şəkildə xidmət göstərməyimizə imkan yaradır. Biz başa düşürük ki, gələcəkdə maliyyə əməliyyatlarının çoxu onlayn rejimdə aparılacaq, amma eyni zamanda müştərilərin bank əməkdaşları ilə canlı ünsiyyət qurmaq və fərdi xidmət almaları üçün filial şəbəkəsinin olması mütləqdir.
Telegramda Marja.az səhifəsinə abunə olun
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
-
7 d. əvvəl
ZEEKR brendinin satış mərkəzinin yeni binasının açılış mərasimi və 9X modelinin təqdimatı keçirilib
- 12 d. əvvəl
-
27 d. əvvəl
Milliön ilk dəfə ödəniş terminallarında şəxsi kabinet təqdim edir - DAHA SÜRƏTLİ ÖDƏNİŞ
-
1 saat əvvəl
Asiya İnkişaf Bankı, Unicapital və ABB Invest beynəlxalq forumda iştirak ediblər
-
1 saat əvvəl
“Biz hədəfləmişik ki 2029-cu ilin sonunda 1 milyard manatlıq bank olaq”
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bank sədri: “Aqro kreditlər üzrə yeni məhsullar təqdim edəcəyik”.
-
2 saat əvvəl
Çünki sən belə sevirsən… Baku Electronics sevənləri anlayır!
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Milliön ilk dəfə ödəniş terminallarında şəxsi kabinet təqdim edir - DAHA SÜRƏTLİ ÖDƏNİŞ
Bank sədri: “Aqro kreditlər üzrə yeni məhsullar təqdim edəcəyik”.
Ən çox oxunanlar
Çünki sən belə sevirsən… Baku Electronics sevənləri anlayır!
Banklarda Agile niyə işləmir?
Azərbaycan neftinin son qiyməti
Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə direktor təyin edilib
"Bank Avrasiya"nın adı Şikayət indeksində 1-ci yerdədir
Rəsmi məzənnələr açıqlandı


























