Bank Respublika və Dövlət İqtisad Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb
(®) Ölkəmizdə təhsilin inkişafına böyük önəm verən Bank Respublika və respublikamızın qocaman ali təhsil ocaqlarından biri olan Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında əməkdaşlıq memorandumu imzalanıb.
Qarşılıqlı əməkdaşlığın əsas istiqamətlərini müəyyən edən memorandum bankın nümayəndələri və universitetin struktur rəhbərlərinin iştirakı ilə Bank Respublikanın İdarə Heyətinin sədri Tariyel İsmayılov və UNEC rektoru, professor Ədalət Muradov tərəfindən imzalanıb.
Memorandumda UNEC ilə Bank Respublika arasında müasir təhsil proqramları sahəsində əməkdaşlıq, təhsil və bank sahəsində innovasiya fəaliyyətinin birgə həyata keçirilməsi, biznes proseslərində təhsil və informasiya texnologiyalarının tətbiqi, birgə seminar, treninq, konfrans və digər tədbirlərin təşkili, bankda tələbələr üçün staj keçirilməsi, sosial layihələrin işlənməsi və s. nəzərdə tutulur.
İmzalanma mərasimində çıxış edən rektor Ədalət Muradov UNEC-də həyata keçirilən yeniliklərdən söz açıb və universitetin hədəfləri barədə məlumat verib. Bank Respublika ilə əməkdaşlığın genişləndirilməsindən məmnunluğunu ifadə edən rektor, gənc müəllimlərin xarici universitetlərdə tədqiqat aparması, eləcə də xaricdə fəaliyyət göstərən müəllimlərin UNEC-də tədrisə cəlb olunması istiqamətində tərəfdaşlığın vacibliyini bildirib.
Bank Respublikanın İdarə Heyətinin sədri Tariyel İsmayılov UNEC ilə əməkdaşlığın perspektivlərindən söhbət açıb. Bank Respublikanın gənclərin peşəkar mütəxəssis kimi yetişməsinə dəstək olacağını deyib. Eləcə də bankın əməkdaşlarının UNEC-in korporativ təhsil imkanlarından yararlana biləcəyinin hər iki tərəf üçün faydalı olacağını vurğulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!


























