Azərbaycandakı su obyektləri dövlətsizləşdiriləcək

Azərbaycan əraisində mövcud olan su obyektləri dövlətsizləşdiriləcək.
Bunu Bakıda keçirilən "1-ci Alman-Azərbaycan Dayanıqlılıq Forumu 2021" tədbirində çıxış edən "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədrinin müavini Rafiq Aslanov deyib.
Onu sözlərinə görə, su obyektlərinin elektron və avtonom idarə olunması, onların uçotunun düzgün qurulması, həmçinin su istifadəçilərinə suyun verilməsi zamanı uçotun düzgün qurulması ən önəmli məsələlərdən biridir.
"Gələcəkdə onların dövlətsizləşdirilməsi məsələsi müvafiq tədbirlər planında öz əksini tapıb. Bundan başqa, bu sahənin subsidiyalaşdırılması ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi ilə müzakirələr aparmışıq", - deyə R. Aslanov qeyd edib.
Qeyd edək ki, dövlətsizləşdirmə mövcud təsərrüfat sisteminin dağıdılmasına və iqtisadiyyatın dövlətdən asılı olmayaraq fəaliyyət göstərməsinə istiqamətlənmiş dəyişilməsinin bütün kompleksini əhatə edir. Dövlətsizləşdirmə inhisarçılığın dəf edilməsinə, rəqabətin və sahibkarlığın inkişaf etdirilməsinə yönəldilir. Dövlətsizləşdirmə özəlləşdirmə ilə sıx əlaqədədir.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 saat əvvəl
Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi
-
3 saat əvvəl
Azercell istifadəçilərinə 3 aylıq pulsuz “Wolt+” abunəliyi təqdim edir!
-
-
3 saat əvvəl
Bank of Baku-dan SƏHİYYƏ, TİBB işçiləri üçün 50.000 AZN-dək KOMİSSİYASIZ kredit
-
3 saat əvvəl
İllik gəlirliliyi 18% olan istiqrazların ticarətə buraxılması üçün qərar verilib
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bankda növbədənkənar yığıncaq keçiriləcək - Rəhbərliyində dəyişikliklər edilir
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bu gün Bakıda dəyəri 5,5 milyard dollarından çox olan sazişlər imzalanıb
-
4 saat əvvəl
Coca-Colanın dəstəyi ilə keçirilən növbəti “Xəzəri Qoruyaq!” aksiyası küləyə meydan oxudu
Son Xəbərlər

Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq

Azərbaycanda "Yaşıl Enerji Sənaye Parkı" yaradılacaq
Ən çox oxunanlar

Coca-Colanın dəstəyi ilə keçirilən növbəti “Xəzəri Qoruyaq!” aksiyası küləyə meydan oxudu

Trampın 100 min dollarlıq H-1B rüsumu yüksək ixtisaslı kadrlar uğrunda yarışı "alovlandırır"

"Ödənişli zonaların taksi qiymətlərinə təsiri hazırda açıq sualdır"

Porsche-nin səhmləri 8% ucuzlaşdı
