PAŞA Sığortadan “Qızıl payızda qızıl təklif” adlı yeni kampaniya!
Tam KASKO sığortası əldə edən müştərilər hədiyyə kartları və ya endirim əldə edə bilərlər.(®) Sərfəli təkliflərlə müxtəlif kampaniyalara imza atan PAŞA Sığorta şirkəti daha bir fürsət ilə müştəriləri sevindirməyə davam edir. Payızın gəlişi ilə könüllü avtomobil sığortasına (KASKO) artan tələbatı nəzərə alaraq elan edilən kampaniyada müxtəlif növ hədiyyə və endirimlər müştəriləri gözləyir.
Belə ki, 5 oktyabr tarixindən etibarən, PAŞA Sığortadan 500 AZN və daha yüksək məbləğli Tam KASKO sığortası əldə edən müştərilər seçimdən asılı olaraq hədiyyə kartları və ya endirim əldə edə bilərlər.
Sığorta haqqı 500-2500 AZN aralığında olan müştərilər 100 AZN dəyərində hədiyyə kartıvə ya endirim, 2500 AZN və daha yüksək sığorta haqqına malik olan müştərilər isə 200 AZN nominallı hədiyyə kartı və ya endirim qazanacaq. Müştərilər öz istəklərinə uyğun olaraq Azpetrol yanacaq kartı, Bravo alış-veriş kartı, PAŞA Bank Miles vauçeri və ya Bonus Plus hədiyyə kartlarından birini seçə bilərlər.
Bununla yanaşı, hədiyyə kartı və ya endirim təkliflərinə alternativ olaraq müştərilər qeyd edilən məbləğdə Qarabağ Dirçəliş Fonduna ianə edərək əzəli torpaqlarımızın yenidən dirçəlməsinə öz töhfəsini verə bilərlər. Qeyd edək ki, Qarabağ Dirçəliş Fondu işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən həyata qaytarılması üçün yaradılmış fonddur. Hədiyyə məbləğini fonda ianə olaraq köçürən şəxslərə xüsusi sertifikat təqdim ediləcəkdir.
KASKO sığortasını əldə etmək, həmçinin kampaniya barədə ətraflı məlumat üçün *7000 sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya və ya https://bit.ly/2ER80C6 keçidi ilə onlayn müraciət edə bilərsiniz. Bununla yanaşı, avtomobilin marka/modeli, istehsal tarixi, təqribi bazar dəyəri, əlaqə nömrəsi kimi məlumatları, həmçinin şəxsiyyət vəsiqəsi və avtomobilin qeydiyyat şəhadətnaməsinin şəklini mesaj olaraq PAŞA Sığorta şirkətinin rəsmi Facebook səhifəsinə göndərərək qiymət təklifi əldə etmək mümkündür.
Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
3 d. əvvəl
“SİMA İmza” ilə “Expressbank”da depozit yerləşdirilməsi rəqəmsallaşdı
- 38 d. əvvəl
-
45 d. əvvəl
Bu gün Türkiyə Mərkəzi Bankı 2026-cı ilin ilk faiz qərarını açıqlayacaq
-
50 d. əvvəl
Azərbaycanda “Roblox” oyun platformasına qarşı konkret tədbirlər görülə bilər
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Qarabağ" yatağının işlənməsi üçün yaradılmış əməliyyat şirkəti ləğv olunur
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azərbaycan xaricdən ət alışını azaldıb
İpoteka ilə, yoxsa daxili hissəli ödənişlə ev almaq? Planlı maliyyə və uzunmüddətli güvən modeli hansıdır?
Ən çox oxunanlar
“Bank BTB”nin əməliyyat mənfəəti 11 faizdən çox artıb
Ötən il 3 bankın kredit portfeli azalıb - RENKİNQ
Tramp Qrenlandiya ilə bağlı gömrük vergilərinin tətbiq edilməyəcəyini açıqladı, qızılın qiyməti düşdü
1 gün ərzində 500-ə yaxın sığorta hadisəsi qeydə alınıb
Mühəndisdən məktub var: Bəla gözləmədiyim yerdən gəldi.
Trampdan Davosda mühüm açıqlamalar
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir



















