Dünya şöhrətli alpinistimiz İsrafil Aşurlı yeni zirvələri fəth etməyə hazırlaşır
“Azercell Telekom” MMC İsrafil Aşurlının tarixi “Zəfər Tacı” yürüşünün əsas tərəfdaşıdır
(®) Sentyabr ayının 20-də Azərbaycan Respublikasının Alpinizm üzrə idman ustası İsrafil Aşurlı “Azercell Telekom” MMC-nin prezidenti Zərinə Zeynalova ilə görüşərək nailiyyətlərini və Azercell ilə əməkdaşlığını müzakirə edib.
“Tərəqqi” medalının, 1-ci və 2-ci dərəcəli “Edelveys” ordeninin sahibi, “Qar bəbiri” titulunu qazanmış idmançı “Zəfər Tacı” layihəsinin bir hissəsi olaraq dünyanın 14 ən hündür nöqtəsindən 4-nü fəth edib. O, 2007-ci ildə Everest dağ zirvəsini və Antarktidanın ən hündür zirvəsini — Vinson massivini fəth edərək orada Azərbaycan bayrağını ucaldan ilk azərbaycanlı olub. Həmçinin Aşurlı dünyanın ən yüksək 8 nöqtəsi sırasında yer alan Kançencanqa, Lxotze və Manaslu zirvələrinə, eləcə də Avropanın ən yüksək zirvəsi olan Elbrusa da yürüş edib.
Görüş zamanı Aşurlı 2021-ci ilin iyul ayında Karakorum dağlarının 7000 m yüksəklikdə yerləşən zirvəsində Azercell-in bayrağını ucaltdığı anı əks etdirən tarixi fotonu şirkət prezidentinə təqdim edib.
“Bu cür uğura yalnız böyük zəhmət, mübarizlik əzmi və illər boyunca davam edən gərgin hazırlıq nəticəsində imza atmaq mümkündür. Məqsədlərinizə çatmaq üçün nümayiş etdirdiyiniz dayanıqlıq həqiqətən təqdirəlayiqdir və eyni zamanda, alpinizmin əhəmiyyətini bir daha vurğulayır. İndi isə, Qarabağın bərpa olunan ərazilərində bu idman növünün inkişafı üçün daha da geniş imkanlar yaranıb”, - deyə Zərinə Zeynalova bildirdi.
Azercell İsrafil Aşurlının idman fəaliyyətinin tərəfdaşı olmaqdan qürur duyur və ona gələcəkdə daha da böyük zirvələri fəth etməyi arzu edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 gün sonra
- 4 d. əvvəl
-
- 4 d. əvvəl
- 27 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ayaqqabı istehsalında dünya nəhəngi Camper brendi Bakıda - FOTO/VİDEO
- 2 saat əvvəl
-
10 saat əvvəl
Qızıl sürətlə ucuzlaşdı - Qiymətində son 12 ilin ən böyük enişi baş verdi
- 10 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər

Şaxta Baba şokdadır: Birmarket lotereyası başlayır!

Şirkətlərdə yeni vakansiyalar

Mərkəzi Bank faiz qərarını açıqladı

Naxçıvanda 9 ayda 70 dövlət əmlakı özəlləşdirilib

Əli Əsədov Gürcüstana səfər edib
Ən çox oxunanlar

İsrail aviaşirkəti Təl-Əvivdən Bakıya reysləri bərpa edir

Coca-Cola-nın 3-cü rüb gəliri proqnozları üstələyib

Stellantis ABŞ-da 13 milyard dollarlıq investisiya planlaşdırır

Süni ət istehsalçısı Beyond Meat və Walmart əməkdaşlığa başlayıb

9 ayda 7 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi özəlləşdirilib

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
