“ABB”də növbədənkənar yığıncaq keçiriləcək - TARİX
25 oktyabr 2021-ci il tarixində saat 15.00-da Bakı şəhəri, Nizami küçəsi 67 ünvanında “ABB” ASC (Azərbaycan Beynəlxalq Bankı) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
Marja “ABB” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinə istinadən xəbər verir ki, ABB-nin nizamnaməsinin 8.10-cu maddəsinə uyğun olaraq koronavirus (Covid-19) infeksiyasının yaratdığı pandemiya şəraitində səhmdarlarımızın sağlamlığının qorunması məqsədilə səsvermənin qiyabi şəkildə həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Ümumi yığıncağın gündəliyinə çıxarılan məsələ üzrə səsvermə bülleteni 10 oktyabr 2021-ci il tarixinədək ABB-nin rəsmi internet səhifəsində yerləşdiriləcəkdir.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-3.2-ci maddəsini və “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının ümumi yığıncağı haqqında Əsasnamə”nin 2.11-ci bəndini nəzərə alaraq qeyd edirik ki, ümumi yığıncağın gündəliyində olan məsələlərə münasibətinizi dəqiq və şərtsiz bildirmək (lehinə, əleyhinə, bitərəf) və imzanız qanunvericilikdə müəyyən edilmiş qaydada (notarial və s.) təsdiq edilmək, habelə şəxsiyyət vəsiqənizin surətini təqdim etmək şərti ilə bülleten formasını dolduraraq qapalı zərfdə Bakı şəhəri, Nizami küçəsi 67 ünvanına 24 oktyabr 2021-ci il tarixinədək göndərməklə səsvermədə qiyabi iştirak edə bilərsiniz. Yuxarıda qeyd olunan qaydada təqdim edilmiş zərflərin açılması ümumi yığıncağın keçirildiyi gün ABB-nin korporativ katibi tərəfindən həyata keçiriləcəkdir”,- İdarə Heyətindən bildirilib.
Xatırladaq ki, Azərbaycan prezidentinin 22 sentyabr 2021-ci il tarixli sərəncamı ilə “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.
Həmçinin oxu
Prezidentdən Beynəlxalq Bank barədə FərmanMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 1 d. əvvəl
- 5 d. əvvəl
- 6 d. əvvəl
- 12 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
17 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır






.jpg)










.jpg)





