“Xəzəri Qoruyaq!” şüarı ilə beynəlxalq ekoloji aksiya keçirilib - FOTOLAR
Bu il 1000 nəfərdən çox könüllünün iştirakı ilə baş tutan aksiyada Xəzərin Bilgəh, Pirşağı, Goradil, Novxanı, Corat çimərliklərində sahilyanı ərazilər tullantılardan təmizlənib.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, “Coca-Cola” şirkətinin, “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə 18 sentyabr 2021-ci il tarixində Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində Bakı çimərliklərində “Xəzəri qoruyaq” şüarı ilə təmizlik aksiyası keçirilib.
Tədbirin tərəfdaşları qismində"ASAN xidmət", ASAN Könüllülük Məktəbinin "Yaşıl ASAN" proqramı, Bakcell, PAŞA Bank, “Carlsberg Azerbaijan”, “AzEcol”, şirkətləri yer alıb. Aksiyanı dəstəkləyən qurumlar sırasında isə ABŞ-ın Azərbaycandakı səfirliyi, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, ADA universiteti, AFFA, Azərbaycan Velosiped İdmanı Federasiyası, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Bakı Nəqliyyat Agentliyi var.
Bu il 1000 nəfərdən çox könüllünün iştirakı ilə baş tutan aksiyada Xəzərin Bilgəh, Pirşağı, Goradil, Novxanı, Corat çimərliklərində sahilyanı ərazilər tullantılardan təmizlənib.
Ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ etmək məqsədilə keçirilən aksiyada 25 hektar ərazidən ümumilikdə 6.5 ton tullantı toplanılıb.
Aksiyada iştirak edən Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev su hövzələrinin mühafizəsinin ümumilikdə ölkənin ekoloji sağlamlığı üçün mühim olduğunu qeyd edib: “Sevindirici haldır ki, çimərliklərin tullantılardan təmizlənməsinə belə kütləvi maraq var, lakin vətəndaşlarımız xüsusilə yay aylarında sahilyanı əraziləri çirkləndirməkdən çəkinməlidirlər. İstirahət edərkən məsuliyyətimizi unutmamalı və ekologiyaya həssas yanaşmağı özümüzə borc bilməliyik”.
Təmizlik aksiyasının əsas təşkilatçılarından olan "Azərbaycan Coca-Cola Bottlers" MMC-nin baş direktoru Rəna Məmmədova aksiyaya könüllülərin marağından danışıb: “Coca-Cola şirkəti Azərbaycanda təbiətin mühafizəsi üçün fəaliyyətə başladığı dövrdən bəri müxtəlif ekoloji layihələr həyata keçirir. “Xəzəri qoruyaq” aksiyasının təşkilatçıları olmaqdan qürur duyuruq. Sevindirici haldır ki, hər il aksiya iştirakçılarının sayı artır və təmizlik aksiyasına dövlət qurumları, şirkətlərlə yanaşı ailələr də qoşulur”.
“ASAN Könüllüləri” Təşkilatının sədri Emiliya Bayramova: “Bu gün mindən çox könüllünün aktiv iştirakı ilə geniş arealda çimərlik əraziləri tullantılardan təmizləndi. Biz qarşıya qoyduğumuz hədəfə çatdıq. Beynəlxalq səviyyədə təşkil olunan bu aksiyaya könüllülərin marağı gənclərin ekologiyaya qarşı sosial məsuliyyətli olduqlarının göstəricisidir”.
ABŞ-ın Azərbaycandakı səfirinin müavini Maykl Dikerson təbiətə dəyən ziyandan və həlli yollarından danışıb: "Hər il planetimizin su hövzələrinə təxminən səkkiz milyon ton plastik tullantı atılır. ABŞ Səfirliyi, ailəm və mən, çimərlik ərazilərinin plastiklərdən təmizlənməsi və birgə paylaşdığımız təbii ərazilərin qorunması işində sizə kömək etmək üçün bu gün burada olmaqdan məmnunuq. Prezident Baydenin dediyi kimi: təbiəti qorumağa tələsməliyik və daha güclü iqlim tədbirlərinin iqtisadi faydalarını da unutmamalıyıq. Hamımız, iqlim hədəflərimizə çatmaq və ətraf mühitin qorunmasını gücləndirmək üçün dünyanın hər yerində birlikdə çalışmalıyıq".
ASAN Könüllülük Məktəbinin "Yaşıl ASAN" proqramının rəhbəri Səkinə Həsənova bildirib: "Uzun müddətdir ASAN Könüllüləri olaraq bu aksiyada iştirak edirik. Ekoloji təmizlik də ətrafımızdan başlayır, təbiəti qorumaq üçün ilk növbədə ətrafımızı təmiz saxlamalıyıq. Ona görə, hər kəsi təbiəti qorumağa səsləyirəm”.
Son 30 il müddətində dünyanın 100-dən çox ölkəsi hər il sentyabrın üçüncü şənbə gününü Beynəlxalq Sahilyanı Təmizlik Günü kimi qeyd edir. Sahilyanı Təmizlik Günü Yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı könüllü hərəkatıdır.
Azərbaycan da bu beynəlxalq ekoloji aksiyada “Xəzəri qoruyaq” şüarı ilə artıq 10 ildir iştirak edir və ildən-ilə aksiyanın miqyası genişlənir.
Aksiya Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına müvafiq olaraq bütün iştirakçılar antiseptik vasitələrlə təmin olunub və aksiya sosial məsafənin qorunması, o cümlədən Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə mövcud məhdudiyyətlər nəzərə alınaraq təşkil edilib.
Xatırladaq ki, Azərbaycanda son 10 il ərzində keçirilən analoji birgünlük aksiya çərçivəsində Xəzər dənizinin çimərliklərinin 45 hektaradək ərazisi təxminən 40ton məişət tullantısından təmizlənib. Təmizlənən ərazilərdən toplanan tullantılar qeydə alınaraq məlumatlar “Ocean Concervancy” beynəlxalq təşkilatına göndərilir. Həmin məlumatlar isə öz növbəsində dünya su hövzələrinin təmizlənməsi haqqında ölkələr üzrə beynəlxalq hesabatlarda əks olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 5 saat əvvəl
-
-
6 saat əvvəl
Mehmanxana binaları xüsusi texniki şərtlər əsasında layihələndiriləcək və tikiləcək
-
6 saat əvvəl
Avropa İttifaqının Rusiyadan qazı idxalında son tarix – 2028
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Türkiyədə zeytun yağı qiymətlərində 10 faizə qədər əlavə artım gözlənilir
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Şaxta Baba şokdadır: Birmarket lotereyası başlayır!
Avtomobil lizinqi şirkəti illik 16.5%-lə borc alır
Mehmanxana binaları xüsusi texniki şərtlər əsasında layihələndiriləcək və tikiləcək
Avropa İttifaqının Rusiyadan qazı idxalında son tarix – 2028
Vəfat edən müştərinin 97 minlik ipoteka krediti ödənildi
İlham Əliyev Qazaxıstanda dövlət səfərindədir
Ən çox oxunanlar
Məcburi eniş edən AZAL təyyarəsi texniki baxışdan tam keçib və saz vəziyyətdə olub? - AZAL-DAN AÇIQLAMA
Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra maliyyə institutları ilə görüşüb
BOKT illik 14 faizlə 1 milyon manat borc alır
Oktyabrın 21-də gözlənilən hava şəraiti
Azərbaycanın lizinq şirkətinin səhmdarları dəyişdi














.jpg)








.jpg)



