42 milyon dollar daha çox xərclənib, lakin ötənilki qədər duru yağ alınmayıb
Azərbaycan xaricdən daha çox vəsaitə daha az duru yağlar idxal edib. Alış xərci təxminən 44% artıb.Dünya bazarında bitki yağlarının bahalaşması Azərbaycana bu məhsulun idxalında statistik dəyərin artmasına, idxal olunan məhsulun miqdarının isə azalmasına səbəb olub.
Marja Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2021-ci ilin 8 ayı ərzində (yanvar-avqust) Azərbaycana 140 milyon 673 min dollar dəyərində 101 min 988 ton bitki mənşəli yağlar (palma, qarğıdalı, günəbaxan yağları və s.) idxal edilib.
Müqayisə üçün qeyd edə ki, 2020-ci ilin 8 ayında Azərbaycana 98 milyon 3 min dollar dəyərində 105 min 788 ton bitki mənşəli yağlar idxal edilmişdi. Beləliklə, bitki mənşəli yağların idxalı miqdar ifadəsilə 3 min 800 ton azalıb, statistik dəyər ifadəsilə 42 milyon 671 min dollar və ya 43,5% artıb. Qısası, Azərbaycan daha çox məbləğə daha az yağ alıb.
Dünya bazarlarında bitki yağları istehsalın gözləniləndən daha aşağı olacağı narahatlıqları və tələbin artması ilə əlaqədar olaraq bahalaşırlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 8 d. əvvəl
- 19 d. əvvəl
- 26 d. əvvəl
-
-
36 d. əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
- 37 d. əvvəl
-
38 d. əvvəl
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
- 50 d. əvvəl
- 54 d. əvvəl
-
57 d. əvvəl
Ölkədə ilk dəfə - “PAŞA Bank” yeni POS nağdlaşdırma funksiyasını istifadəyə verdi
-
1 saat əvvəl
Hər 20 litr Aİ-92 benzin və ya 10 litr dizel 1 manat baha başa gələcək
-
1 saat əvvəl
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
- 1 saat əvvəl
Son Xəbərlər
6,3 milyard manatlıq defisiti olan "Azərbaycan Dəmir Yolları" 331 investordan 30 milyon dollar borc aldı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
Dünya Bankının “Business Ready 2025” hesabatında Azərbaycanda maliyyə xidmətləri yüksək qiymətləndirilib
Ən çox oxunanlar
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!
Azərbaycanda Aİ-92 markalı benzin və dizel bahalaşdı
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Elektrik enerjisi və təbii qaz üçün sabit tariflər müəyyənləşdi - 1 yanvarda qüvvəyə minir

























