Mühasiblər üçün müxtəlif sertifikat növləri üzrə təlimlər başlayır
Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi müxtəlif sertifikat növləri üzrə təlimlərə başlayırPeşəkar mühasib sertifikatları – bir nömrəli peşəkarlıq göstəricisi və ya geniş karyera imkanlarına çıxış. İndi mühasiblərin karyera yüksəlişinin ən vacib şərtlərindən biri müvafiq sertifikat ala bilmələridir. Əks halda sözügedən peşə sahibləri bir çox iş imkanlarından məhrum olurlar.
Belə ki, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə görə büdcə təşkilatlarının, nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, ictimai əhəmiyyətli qurumların, iri və orta sahibkarlıq subyektlərinin və s. baş müsahibi vəzifələri peşəkarlara – müvafiq müsahib sertifikatları olanlara həvalə edilməlidir.
Məsələnin aktuallığı nəzərə alınaraq Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi tərəfindən yaradılmış “PMS İnformasiya Mərkəzi” tərəfindən mühasiblər üçün müəyyən maarifləndirmə layihələri və təlimləri həyata keçirilərək lazımi dəstək tədbiləri təşkil olunur. “PMS İnformasiya Mərkəzi”nin açıqladığı məlumata görə onlara daha çox peşəkar mühasib anlayışı, sertifikatlaşdırma prosesi, sertifikatların növləri, müddəti və ardıcıllığı, o cümlədən adıçəkilən mərkəzin təlimləri ilə bağlı suallar ünvanlanır.
Məlumat üçün qeyd edək ki, Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil ediləcək imtahanlara hazırlaşmaq məqsədi ilə aşağıda qeyd olunan sertifikat növləri üzrə mütəmadi qaydada təlimlər təşkil edilir:
- Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;
- Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;
- İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə - I səviyyə PMS;
- İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə - II səviyyə PMS.
Təlimlər və sizi maraqlandıran digər suallar haqqında məlumat əldə etmək üçün Maliyyə Elm-Tədris Mərkəzinin aşağda qeyd olunan telefon nömrəsi vasitəsilə əlaqə saxlaya bilərsiniz.
Telefon: +994124048159; +994124048150; +994125668477;
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
9 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur














.jpg)




.jpg)
