ABŞ-da məşğulluqdakı artım proqnozdan çox aşağıdır
ABŞ-da açıqlanan Avqust ayına dair kənd təsərrüfatı sektoru xaric məşğulluq məlumatı olduqca zəifdir. İqtisadçıların proqnozu 750 min artım istiqamətindəykən, ölkədə məşğulluq Avqustda 235 min artıb. ABŞ-da məşğulluq Delta variantının təsirilə 7 ayın ən aşağı artımını qeyd edib.
ABŞ-da Avqust ayında kənd təsərrüfatı sektoru xaric məşğulluq 235 min artım qeyd edib. Bu, son 7 ayın ən aşağı artımıdır. Artımın azalmasına koronavirusun Delta variantının yayılması səbəb olub.
Marja xəbər verir ki, iqtisadçıların proqnozu ölkədə məşğulluğun 750 min artacağı istiqamətində idi.
ABŞ-da işsizlik nisbəti İyul ayındakı 5,4%-dən Avqustda 5,2%-ə düşüb.
Avqustun əvvəlində kənd təsərrüfatı xaric məşğulluğun İyul ayında proqnozları aşaraq 943 min artdığı açqılanmışdı (indi bu rəqəm 1 milyon 53 minə revizə edilib). ABŞ-da işsizlik nisbətinin iyuldakı 5,4%-dən avqustda 5,2%-ə düşəcəyi proqnozlaşdırılırdı.
ADP məlumatı da zəifdir
Çərşənbə günü ADP özəl sektor məşğulluq məlumatı 625 min nəfər artım proqnozuna qarşı 374 min artım açıqlanmışdı. Cümə axşamı günü həftəlik işsizlik müavinəti müraciətləri isə gözləntilərin üzərində düşərək pandemiya dövründə görülən ən aşağı səviyyə olan 340 min olaraq açıqlanıb.
Məşğulluğun zəif artması Fed-in qiymətli kağız alışını azaltmağa başlayacağı tarixi uzatmasına səbəb ola bilər. Bu səbəbdən məlumatdan sonra qızıl bahalaşır. Bakı vaxtı ilə saat 16:40-da qızılın unsiyası 0,8% bahalşama ilə 1823 dollardan ticarət olunub.
Dollar mühüm valyutalar qarşısında ucuzlaşır.
Fed bəyan edib ki, qiymətli kağız (istiqraz) alışlarının (bu yolla dövriyyəyə pul buraxılır) azaldılması təqvimi üçün əsas məlumat məşğulluq artımı olacaqdır. Fed sədri Cerom Pauel (Jerome Powell) də keçən həftə etdiyi çıxışında məşğulluq bazarının qənaətbəxş bir inkişaf göstərməsilə qiymətli kağız alışlarının azaldamasına bu il başlaya biləcəklərinə işarə etmişdi. Amma əlavə etmişdi ki, qiymətli kağız alışlarının azaldılması dərhal faizlərin də artırılması demək olmayacaqdır və Fed sədrinin bu şərhi qızılın bahalşmasına səbəb olmuşdu.
Məşğulluq məlumatının proqnozdan (750 min) yüksək açıqlanması ABŞ dollarını dəstəkləyərək qızıl qiymətləri üzərində aşağı istiqamətli bir təzyiq yarada bilərdi. Amma bu baş vermədi.
Qeyd edək ki, Fed-in qiymətli kağız alışları yolu ilə pul emissiya etməsini (dövriyyəyə pul buraxmasını) ləğv etməyə başlamasının qızılın ucuzlaşmasına, Dolların isə bahalaşmasına səbəb olacağı nəzərdə tutulur. Əgər məşğulluq zəif artmaqda davam edərsə qiymətli kağız alışlarının azaldılmasına daha gec başlana bilər.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 17 saat sonra
- 5 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
50 d. əvvəl
“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb
-
59 d. əvvəl
Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB
-
1 saat əvvəl
Azercell “Talassemiyasız həyat naminə!” proqramı çərçivəsində qanvermə aksiyası keçirib
-
2 saat əvvəl
Aeroportda yeni taksi qiymətləri ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanacaq
-
2 saat əvvəl
Alibaba-nın səhmələrinin qiyməti son 4 ilin ən yüksək səviyyəsinə qalxıb
- 2 saat əvvəl
-
3 saat əvvəl
Avropa bankı Azərbaycanda ilk istiqraz buraxılışına hazırlaşır
-
3 saat əvvəl
“Unibank”da bizneslər üçün alternativ maliyyələşmə imkanları müzakirə edilib
- 3 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

İşçilərin gəlir vergisi üzrə güzəştlərin müddəti başa çatır - "Bu 7 illik güzəşt dövrünün sonu deməkdir"

“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb

Avropa bankı Azərbaycanda ilk istiqraz buraxılışına hazırlaşır
Ən çox oxunanlar

Rasional liderlik, ənənəvi liderlik, xarizmatik liderlik

“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi

Xalq Bank internet və mobil bankçılıq sistemində investisiya xidmətini istifadəyə verdi

Baku International Arts Festival 2025 (BIAF 2025) — Bakının qəlbində musiqi, teatr, rəqs və incəsənət

Azərbaycan neftinin son qiyməti

Mercedes modellərinin satışı zəifləyib - YENİ İŞÇİ İXTİSARI
