Prezidentlə razılaşdırmaqla elektron imza və Data Mərkəzindən istifadə ilə bağlı tariflər təsdiq ediləcək
Azərbaycan Respublikasının Nazirlər Kabineti daxili idarəetmə proseslərinin elektron sistemlərinin istifadəçiləri üçün elektron imza və Data Mərkəzindən istifadə ilə bağlı tarifləri Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.
Marja xəbər verir ki, bu “Dövlət orqanlarında (qurumlarında) daxili idarəetmə proseslərinin elektronlaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 oktyabr tarixli 314 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanında bildirilir.
Dəyişiklik edilən fərmana görə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 2020-ci il dekabrın 31-dək - Elektron Hökumət İnformasiya Sistemi infrastrukturunda mərkəzləşdirilmiş elektron sənəd dövriyyəsi altsisteminin yaradılmasını və təhlükəsizlik tələblərinə (Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ilə razılaşdırmaqla) cavab verməklə, həmin altsistemin idarələrarası elektron sənəd dövriyyəsi sisteminə inteqrasiyasını təmin etməli; Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə razılaşdırmaqla dövlət orqanlarında (qurumlarında) daxili idarəetmə proseslərinin Elektron Hökumət İnformasiya Sistemi üzərindən mərkəzləşdirilmiş qaydada elektronlaşdırılmasını və tətbiqini təmin etməli id.
Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər 2020-ci il dekabrın 31-dək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təklifləri əsasında elektron sənəd dövriyyəsi altsisteminə qoşulmanı, elektron sənəd dövriyyəsi sistemi mövcud olduğu təqdirdə isə inteqrasiyanı təmin etməlidilər.
Fərmana dəyişikliklər ilə əlaqədar Fərmada deyilir:
Aşağıdakı məzmunda 10.3-2-ci bənd əlavə edilsin:
“10.3-2. bu Fərmanın 5-ci və 6-cı hissələrinə əsasən yaradılan daxili idarəetmə proseslərinin elektron sistemlərinin istifadəçiləri üçün elektron imza və Data Mərkəzindən istifadə ilə bağlı tarifləri Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;”.
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
“Dövlət orqanlarında (qurumlarında) daxili idarəetmə proseslərinin elektronlaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 oktyabr tarixli 314 nömrəli Fərmanının 10.3-2-ci bəndində nəzərdə tutulmuş tapşırığın icrasını iki ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təmin etsin;
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 39 d. əvvəl
-
- 46 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Türkiyə ən çox xam neft və neft məhsullarını Rusiya, İraq və Qazaxıstandan alıb
-
2 saat əvvəl
Beynəlxalq Halal Forumda “Azərbaycan pavilyonu” böyük maraqla qarşılanıb
-
3 saat əvvəl
"Əminəm ki, biz, həmçinin Azərbaycana çox məhsullar təqdim edə bilərik"
-
12 saat əvvəl
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan yutuber kim olub?
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Yaponya iqtisadiyyatı cüzi artıb
Anthropic-in dəyəri 380 milyard dollara çatıb
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub



























