Şəhid ailələri və müharibə əlilləri üçün bir neçə yeni yaşayış binaları da təqdim olunacaq
İlin sonunadək bölgələrdə yeni sosial xidmət və reabilitasiya müəssisələri açılacaqŞəhid ailələri və müharibəəlilləri üçün bu ilin sonunadək daha bir neçə çoxmənzilli yaşayış binaları təqdim ediləcək. 2021-ci il üzrə onlara ümumilikdə 3 minədək mənzil və fərdi evin verilməsi təmin olunacaq, onlardan 1600-ü verilib.
Bu fikir Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında vurğulanıb.
Əmək vəəhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə bu il avqustun 26-da şəhid ailələrinə, müharibəəlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillər və avtomobillərin təqdim olunması ölkəmizdə bu kateqoriyalardan olan vətəndaşlara ən yüksək səviyyədə diqqət və qayğını ifadə edir. Dövlət başçısının tapşırığı ilə şəhid ailələri və müharibəəlillərinin mənzillə təminatı proqramının genişləndirilməsi işləri davam edəcək.
Qeyd olunub ki, 2019-2021-ci illərdə nazirliyin 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir olunaraq yenidən qurulmuş, ən müasir avadanlıqlarla təchiz edilərək istifadəyə verilib. Bu ilin sonunadək Şamaxı Psixonevroloji Sosial Xidmət Müəssisəsi, Qəbələ və Şəmkirdə Uşaq Reabilitasiya Mərkəzlərinin istifadəyə verilməsi nəzərdə tutulur.
İclasda əmək qanunvericiliyinəəməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi, yeni sosial obyektlərin tikintisi, habelə yeni DOST mərkəzlərinin yaradılması sahəsində aparılan işlər müzakirə olunub. “DOST İŞ Mərkəzi” tərəfindən görülən işlər nəzərdən keçirilib.
Bildirilib ki, hazırda 56 min şəxsi əhatə edən ödənişli ictimai işlər proqramının təkmilləşdirilməsi işləri aparılır. Ödənişli ictimai işlərə cəlb olunanlar əsasən ilkin peşə hazırlığı olmayanlardır. Buna görə də onların proqram çərçivəsində bu və ya digər konkret peşə sahələri üzrə işlə təmin edilməklə həmin sahələrə aid ilkin peşə biliklərinə, bacarıqlara yiyələnmələrinə, beləliklə, bu bacarıqlar hesabına gələcəkdə müstəqil şəkildə öz işlərini qura bilmələrinə şərait yaradılması da hədəflərdən biridir.
İclasda Nazirliyin Daxili nəzarət və audit şöbəsinin, Nazirliyin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın fəaliyyətinə dair hesabatlar da dinlənilib, görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
- 9 d. əvvəl
-
- 26 d. əvvəl
-
51 d. əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
53 d. əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
2 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
2 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 24-də gözlənilən hava şəraiti
Gbaru.com startapı artıq Avropada!
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
Rəsmi məzənnələr açıqlandı
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur























