“PAŞA Bank”ın ayırdığı pul ilə Azərbaycana xüsusi təlim keçmiş 30 it gətirildi
“PAŞA Bank” minaların təmizlənməsi prosesinə öz töhfəsini verir(®️) Ölkənin aparıcı korporativ bankı “PAŞA Bank” işğaldan azad olunan torpaqların minalardan təmizlənməsi layihəsinin həyata keçirilməsinə maliyyə dəstəyi verir.
PAŞA Bankdan Marja-ya daxil olmuş məlumata görə, Bank Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Marşal İrsi İnstitutu (MLI) arasında bağlanmış Anlaşma Memorandumu çərçivəsində Azərbaycana xüsusi təlim keçmiş minaaxtaran 30 itin gətirilməsinə öz töfhəsini verib.
Avqustun sonu xüsusi yetişdirilən və təlim keçən 10 minaaxtaran it artıq ölkəmizə çatdırılıb. İtlərdən birinə “PAŞA Bank” tərəfindən “Hünər” adı verilib. Layihənin növbəti mərhələsinə əsasən, 2021-ci ilin sonunda hazırda ABŞ-da təlimlərə cəlb olunan növbəti 6, 2022-ci ildə isə 8, 2023-cü ildə isə 6 minaaxtaran itin gətirilməsi gözlənilir.
Qeyd edək ki, 30 itdən 18-i MLI tərəfindən donorlar hesabına maliyyələşdirilir. Vəsaitlərin cəlb olunması Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyi və Azərbaycandakı Amerika Ticarət Palatası (AmCham) ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 gün sonra
- 2 gün sonra
-
1 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 18 saat sonra
- 4 saat əvvəl
-
7 saat əvvəl
Azercell “Ən yaxşı idman dəstəkçisi” nominasiyasında mükafatlandırılıb
- 7 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Quşçuluq şirkətinin 30 faizlik səhm paketi 102 min manata satılıb
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
İlin son ENDİRİMLİ KREDİT TƏKLİFİ!
“Güzəştli mənzil” sisteminə xüsusi proqram ilə müdaxilə edən şəxslər cinayət məsuliyyətinə cəlb edildi - AÇIQLAMA
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Ermənistana Azərbaycan ərazisindən taxıl göndərilməsi, Azərbaycandan neft məhsullarını satın alınması etimad quruculuğu proseslərindəndir”
Rəsmi Bakı: "Rus Evi"nin ləğvi prosesi başa çatıb
Quşçuluq şirkətinin 30 faizlik səhm paketi 102 min manata satılıb
"Ermənistanla sülh sazişinin imzalanması üçün TRIPP üzrə öhdəliklərin tam icrası mütləqdir"
Çindən elektrikli avtomobillərə enerji limiti
“AtaSığorta”ya satışları dayandırmaq barədə göstəriş verilib
Siqaret qaçaqmalçılığında ittiham edilən Ruslan Eyyubov həbslə bağlı şikayətini geri götürüb
60%-dək endirimlər, hər 500 AZN-lik alış-verişə xüsusi şans!
















