"MilliÖn"dən böyük genişlənmə
Avqustun sonunadək Azərbaycanda 300 yeni "MilliÖn" ödəniş terminalı quraşdırılacaq.
Bunu "MilliÖn"ün abunə şöbəsinin rəhbəri Ülviyyə Əfəndiyeva deyib.
Onun sözlərinə görə, bugünədək işlərin 70 faizi başa çatıb, 30 faizi isə bu ayın sonunadək başa çatdırılacaq. Yeni ödəniş terminalları paytaxtda və regionlarda əsasən alış-veriş və biznes mərkəzlərində, bank filiallarında, dövlət xidmət mərkəzlərində, piyada keçidlərində, metro stansiyalarında, supermarketlərdə, hava limanlarında, avtobus dayanacaqlarında yerləşdirilir:
"MilliÖn" şəbəkəsinin əsas məqsədi əhaliyə ani, rahat və keyfiyyətli ödəniş xidmətləri təqdim etməkdir. Azad edilmiş ərazilərdə də "MilliÖn" terminallarının quraşdırılmasına hazırlıq gedir. Bundan başqa, Azərbaycanın bütün region və şəhərlərində ödəniş terminallarının sayının artırılması üzrə layihə reallaşdırılır".
Yeni terminallar əsasən əhalinin sıxlıq təşkil etdiyi və yeni terminallara tələbin olduğu Sumqayıt şəhərində və Bakının Yasamal və Binəqədi rayonlarında quraşdırılır.
Azad edilmiş ərazilərdə də "MilliÖn" terminallarının quraşdırılmasına hazırlıq gedir.
Quraşdırılacaq terminallar vasitəsi ilə 400-dən artıq digər ödəniş növü ilə yanaşı Bakı ərazisində Bakı Kart, Sumqayıt şəhərində isə Sumqayıt Kart ödənişlərini də həyata keçirmək mümkün olacaq.
Şirkətin nümayəndəsi yeni quraşdırılacaq terminalların ödəniş prosesini daha da əlçatan edəcəyini və nəqliyyat xidmətinin sürətlə kart ödənişlərinə keçmə prosesi fonunda ödəniş məntəqələrinə artan ehtiyacı xeyli azaldacağını, sərnişinləri nəqliyyat kartı balansının doldurulması problemindən azad edəcəyini bildirib.
Qeyd edək ki, hazırda MilliÖN ödəniş şəbəkəsində 200-dən artıq şirkətin 400-dən artıq xidmət növü ödənişləri mövcüddur. MilliÖN ödəniş terminallarının sayı isə 4000-nə yaxındır.
MilliÖN terminallar şəbəkəsinin operatoru Komtec şirkətidir.
Telegramda Marja.az səhifəsinə abunə olun
Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
-
- 6 d. əvvəl
- 19 d. əvvəl
- 22 d. əvvəl
- 29 d. əvvəl
- 31 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Kərə yağı idxalı azalıb, bitki yağlarının idxalı isə artıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 25 GÜN
Tramp: Sabah İrana hücum etməyəcəyik
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Ən çox oxunanlar
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb






.jpg)


















