Dövlət Agentliyindən "Referans"a 3,6 milyon manatlıq sifariş

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxs "İmmunobioloji dərman vasitələrinin satın alınması" və "Tibb müəssisələri üçün spesifik dərman vasitələrinin satın alınması" üçün keçirdiyi tenderi yekunlaşdırıb.
Marja xəbər verir ki, qalib şirkət "Referans Pharmaceutical" MMC-dir.
Agentlik qalib şirkət ilə məbləği 1 milyon 500 min 783 manat və 2 milyon 101 min 286 manat olan müqavilələr imzalayıb (cəmi 3 milyon 602 min 069 manatlıq).
Əliyev Abbas Famil oğlunun qanuni təmsilçisi olduğu "Referans Pharmaceutical" MMC-nin hüquqi ünvanı Bakı şəh, Nərimanov ray, Mirzəbala Məmmədadə, ev 8A-dır. "Referans Klinik Laboratoriya Mərkəzi & Poliklinik" də bu ünvanda yerləşir.
Bir müddət əvvəl İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi "Referans Pharmaceutical" MMC-ni "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair dövlət proqramı” üzrə dərman vasitələrinin satın alınması" və "Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Hematologiya bölməsi üçün spesifik dərman vasitələrinin satın alınması" tenderləri üzrə də qalib etmiş və onunla 1 milyon 583 min 371 manatlıq müqavilələr imzalamışdı.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —
-
54 d. əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
-
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq
- 11 saat əvvəl
-
13 saat əvvəl
18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
- 13 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —

Azərbaycan neftinin son qiyməti

Rəsmi məzənnələr açıqlandı

Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq

18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
Ən çox oxunanlar

Ələtdə hava limanının açılış tarixi açıqlanıb

Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
