PAŞA Bankın bu xidmətindən istifadə edənlərin sayı durmadan artır
Azərbaycanın ən iri banklarından biri – PAŞA Bank - müştərilərinə yeni, funksional baxımdan genişləndirilmiş “Internet Bank” xidmətini təqdim edib.
Əvvəlki üstünlükləri ilə yanaşı, yenilənmiş xidmət vasitəsilə Bank müştərinin dəyərli vaxtına qənaət edib, onlara daha rahat və daha geniş bank xidmətlərini 24/7 rejimində təqdim edir.
PAŞA Bankın Baş Kommersiya inzibatçısı cənab Melih Mengünün qeyd etdiyi kimi, müasir texnologiyalar sayəsində adi bank əməliyyatlarının böyük hissəsini uğurla elektron mühitə köçürmək mümkündür:
“Hal-hazırda PAŞA Bankın əməliyyatlarının 70%-ə qədəri “Internet Bank” üzərindən həyata keçirilir. Bu isə, Bankın müştərilərinin bu xidmətə olan etimadının və yeni sistemin istifadəçilərə verdiyi rahatlığın göstəricisidir”.
Qeyd edək ki, PAŞA Bankın yenilənmiş “Internet Bank” xidməti vasitəsi ilə bir toxunuşda toplu ödənişlər etmək və işçilərin əmək haqlarını köçürmək mümkündür. Bunlarla yanaşı bank-daxili, ölkə-daxili, beynəlxalq, vergi və büdcə ödənişləri etmək, dövri-təkrarlanan ödəniş tapşırıqlarını yaratmaq, birdəfəlik şifrə (OTP) savayı, ASAN İmza xidməti vasitəsilə ödənişlərini təsdiq etmək, standart və fərdi kursla valyuta mübadiləsi etmək, akkreditivlərə və bank zəmanətlərinə baxmaq, hesabdan detallı çıxarışları almaq və digər funksiyalardan bəhrələnmək mümkündür. Bu funksionallıqlara əlavə olaraq, son bir-neçə ay ərzində gedən davamlı yenilənmələr nəticəsində PAŞA Bank İnternet bank istifadəçisi olan fərdi sahibkarlar və hüquqi şəxslər aşağıda qeyd olunan əlavələrdən də faydalanırlar:
-Daha uzun əməliyyat günü və əməliyyatlar üzrə güzəştli xidmət haqqı,
-Kütləvi və dövrü təkrarlanan ödənişləri həyata keçirərək biznesin fasiləsizliyinin təmin edilməsi,
-Həyata keçirilən bütün ödəniş və köçürmələr, o cümlədən əmək haqqı ödənişləri üzrə dərin və detallı məlumatların analiz edilməsi,
-Ödənişlərin yaradılması və imzalanması, istifadəçilərə uyğun limitlərin tətbiq edilməsi və digər nəzarət mexanizmlərindən istifadə,
-Ticarət sektoru olaraq nəinki yalnız ödəniş və köçürmələr, eyni zamanda POS satış terminalları və elektron kommersiya saytları üzrə hər tranzaksiya üzrə ödənişlərin detallarını görə bilmək və real zamanda biznes analitikasını həyata keçirmək imkanı.
Bu tip müştəri ehtiyaclarının reallaşdırılmasının və ölkəmizdə korporativ biznes sektoru daxilində digər maliyyə institutlarından öncə müştərilərinin istifadəsinə verməyinin səbəbi PAŞA Bankın rəqəmsal bankçılığı əsas prioritet qismində müəyyən etməsidir. Bankın fəaliyyətində əsas tutduğu prinsiplərdən biri müştərilərinin bizneslərinin inkişafını dəstəkləməkdir. Bunun üçün Bank öz xidmət ekosistemində yalnız banklarla deyil, həm də Maliyyə Texnologiyaları və Texnoloji şirkətlər ilə əməkdaşlıq edərək müştərilərinə yeni həllər təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
30 d. əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
-
32 d. əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 44 d. əvvəl
-
1 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
1 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
1 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
Rəsmi məzənnələr açıqlandı
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur






















