Çirkli pulların yuyulmasına görə cərimə - 1 milyard dollar
Dekabra kimi ötən ilin rekorduna çatacaq....Ciddi maliyyə nəzarətinə baxmayaraq, müxtəlif ölkələrdə çirkli pulların yuyulması cəhdləri və mexanizmləri genişlənir.
BMT-nin Narkotik vasitələr və Cinayət Ofisinin (UNODC) hesablamalarına görə, il ərzində çirkli pulların yuyulması əməliyyatlarının həcmi qlobal ÜDM-in 2-5%-i, yaxud 800 milyard-2 trilyon dollar arasında dəyişir.
Müvafiq olaraq, maliyyə nəzarəti qurumlarının bu əməliyyatlara görə tətbiq etdiyi cəza və cərimələrin də həcmi artır. Marja Financial Times-a istinadla xəbər verir ki, ötən il tənzimləyici orqanlar bu cinayətlərə görə 2,2 milyard dollar maliyyə sanksiyası tətbiq edib. 2019-cu ildə bu rəqəm 444 milyon dollar olub.
İdarəetmə və risklər üzrə konsaltinq şirkəti “Kroll” bu ilin ilk yarısında çirkli pulların yuyulması ilə mübarizədə 1 milyard dollara yaxın cərimənin tətbiq olunduğunu bildirir. Əvvəlki illərdə liderlik edən ABŞ-dan fərqli olaraq, bu ilki cərimələrin yarıdan çoxu Avropa İttifaqının payına düşür.
Bu ilin ən iri cərimələri:
Niderlandın ABN Amro Bankı uzun illər çirkli pulların yuyulmasına qarşı mübarizə qanunvericiliyini pozduğu üçün 480 milyon avro (562,6 milyon dollar) cərimələnib;
ABŞ-ın kredit kart şirkəti Capital One Maliyyə Nazirliyi tərəfindən 390 milyon dollar məbləğində cərimələnib.
Həmçinin, Böyük Britaniyanın Maliyyə Nəzarəti Qurumu NatWest bankı ilə əlaqədar cinayət araşdırmalarına başlayıb. Faktlar təsdiq olunarsa, məhkəmənin banka qarşı qeyri-məhdud həcmdə cərimə tətbiq etmək səlahiyyəti var.
Britaniya Milli Cinayət Agentliyi təkcə çirkli pulların yuyulması mexanizmlərinin ölkəyə hər il 100 milyard funt-sterlinq (136 milyard dollardan çox) ziyan vurduğunu ehtimal edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 37 d. əvvəl
-
- 52 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
21 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 9 GÜN
AZAL Bakıdan Dubaya uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 9 GÜN
Belqrad və Bakı arasında birbaşa uçuşlar başlayıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başladı
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir







.jpg)




.jpg)





