Güclənən dollar nefti vurdu
Neft qiymətləri, ABŞ Mərkəzi Bankının (Fed) protokolları açıqlandıqdan sonra güclənən dollar və anbarlarda artan benzin ehtiyatları ilə əlaqədar olaraq bu həftə 6% ətrafında ucuzlaşma ilə bağlana bilər.
Marja xəbər verir ki Fed-in İyul yığıncağının protokollarında aktiv alışının (qiymətli kağız alışı ilə dövriyyəyə pul buraxılması) azaldılması meyli müşahidə edilsə də, bunun nə vaxt və hansı sürətdə ediləcəyinə dair işarə verilməyib.
Protokollara görə, bəzi Fed üzvləri iqtisadi şərtlərin qarşıdakı aylarda aktiv alışını (pul emissiyasını) azaltmağı tələb edəcəyini düşünür. Digər üzvlər isə alışın azaldılmasına gələn il başlamağın uyğun olduğunu hesab edir.
ABŞ anbarlarında benzin ehtiyatlarında yaşanan sürpriz artım da neft qiymətlərinə mənfi təsir edib. Enerji İnformasiya İdarəsinin açıqladığı rəsmi məlumatlara görə, xam neft ehtiyatları keçən həftə azalsa da, benzin ehtiyatları artıb. Bu da koronavirusun Delta variantının yayılması ilə yanacaq tələbini azaltdığı narahatlıqlarını artırıb.
Bakı vaxtı ilə saat 09:25-də Brent nefti 2,4% ucuzlaşma ilə 66.59 dollardan, Qərbi Texas nefti isə 2,8% ucuzlaşma ilə 63.66 dollardan ticarət olunub. Dünən Brent neftin qiyməti 66 dollardan da aşağı düşərək 65,58 dolları görümüşdü.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 59 d. əvvəl
-
1 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
9 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN







.jpg)






.jpg)





