İl sonuna qədər Dünya əhalisinin 40%-i peyvənd olunmalıdır
Ümümdünya Səhiyyə Təşkilatı koronavirus pandemiyasına, xüsusən onun Delta ştammına qarşı effektiv mübarizə üçün külli miqdarda vəsaitə ehtiyac duyur.
Marja xəbər verir ki, dünən təşkilatın rəsmi səhifəsindəki sual-cavab sessiyasında ÜST-ün baş direktorunun müşaviri Doktor Bryus Aylvard yoxsul ölkələrin peyvəndlə təchizatı və Delta ştammına qarşı mübarizə üçün bəlavə 7,7 milyard dollar vəsaitin lazım olduğunu bildirib.
Bu məbləğ ÜST-ün ümumiyyətlə pandemiyanın nəticələrinin aradan qaldırılması, vaksin və profilaktika tədbirləri üçün müəyyən etdiyi büdcədə yaranan 16,8 milyard dollarlıq kəsirin bir hissəsini bağlayacaq. Həmçinin, koronavirus testləri, oksigen müalicəsi və tibbi maskaların alınması da bu vəsaitdən maliyyələşdiriləcək.
ÜST rəsmiləri pandemiyaya qalib gəlmək üçün bu ilin sentyabr ayının sonuna kimi dünya əhalisinin 10%-nin, il sonuna qədər 40%-nin, gələn ilin ortasında isə 70%-nin peyvənd olunması hədəfini qoyub. Lakin varlı ölkələrin vaksinləri əvvəlcədən alması, yoxsul ölkələrə dəstək üçün ÜST-ə kifayət qədər vəsait ayırmaması bu hədəfin nə dərəcədə gerçəkləşdiriləcəyini sual altına qoyur...
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
-
32 d. əvvəl
Bu gün PAŞA Bank-ın səhmləri ticarətə buraxılır - yerləşdirmə başlayır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 10 saat əvvəl
- 13 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
15 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
15 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Tramp ABŞ-İran sazişinin kağız nüsxəsini imzaladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur


























