Bakının mərkəzində evlər kütləvi satışa çıxarılır – QİYMƏTLƏR AŞAĞI DÜŞDÜ
Bakının mərkəzi hissələrində evlərin kütləvi satışına başlanılıb. Söhbət metronun “28 May”stansiyasından “Sahil Metrosu”na və Tibbi Universitetinə qədər və “Nərimanov” metrosuna yaxın ərazilərdən gedir.
Ekspert Vaqif Hüseynov bildirib ki, dolların bahalaşmaqda davam etməsi əmlak bazarında da vəziyyəti dəyişib. Əmlak bazarında bir il əvvəlki vəziyyət yenidən təkrarlanır:
“Heç kim təsəvvür edə bilməzdi ki “28 May Metro”sunun yaxınlığında 70 min manata ev almaq olar. Amma hazırda bu belədir”. Bu ərazilərdə evlər 40%-dən 2 dəfəyə qədər ucuzlaşıb. Məsələn, əvvəl 130-140 min manata satılan 70 kvadratmetrlik evlər indi 70-100 min manata qədər ucuzlaşıb. Ucuzlaşma xüsusilə də 1-2 otaqlı evlərdə müşahidə edilir. Ekspertin sözlərinə görə, buna səbəb dolların bahalaşmaqda davam etməsi və manata inamın azalmasıdır. Belə ki, əvvəl əlində qalan pulunu investisiya kimi şəhərin mərkəzi hissələrində olan evlərə yatıran vətəndaşlar bu evləri dərhal sataraq vəsaiti dollara çevirmək üçün tələsirlər. Evin dərhal satılması üçün vətəndaşlar qiyməti xeyli aşağı salırlar. Digər tərəfdən satışa çıxarılan belə evlərlə bağlı bazarda təklifin artması qiymətlərə xeyli təsir göstərib.
Ekspert bildirir ki, vəziyyəti elan saytlarında satışa çıxarılan evlərində sayında da müşahidə etmək olar. Hazırda Bakının sadalanan ərazilərində satışa çıxarılan ev elanlarının sayı 30-40 % artıb.
Ekspert bildirib ki, “Sahil Metrosu”, “İçərişəhər”, Nizami küçəsi, “Gənclik Metrosu” kimi ərazilərdə isə daşınmaz əmlakların qiymətləri stabil olaraq qalır.
©Fins.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
9 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 14 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























