İş adamları üçün yeni imkanlar
(®️) ABB-nin “Sahibkarlar Klubu”-nun, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin birgə təşkilatçılığı və “ThinkWise” şirkətinin iştirakı ilə sahibkarlar üçün təlimlər təşkil olunub.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlının və ABB-nin Korporativ biznes üzrə Baş direktoru Nərgizxanım Biləndərlinin açılış nitqlərindən sonra müxtəlif mövzularda təqdimatlar olub.
Sahibkarlar ABB-nin Sahibkarlar Klubunun fəaliyyəti, Bankın iş adamlarına təklif etdiyi məhsul və xidmətlərlə tanış olublar. Tədbir iştirakçılarına Azərbaycan sahibkarlarına öz məhsullarını xarici bazarlara çıxarmaq imkanı yaradan Azexport portalının fəaliyyəti haqqında geniş məlumat verilib. Həmçinin Bir Pəncərə İxraca Dəstək Mərkəzinin biznes üçün yaratdığı imkanlar haqqında ətraflı söhbət açılıb. “ThinkWise” şirkətinin təmsilçisi isə iş adamlarını Biznes planının yazılması və investisiya təşviqi sənədinin hazırlanması ilə bağlı məlumatlandırıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı: “2021-ci ilin ilk yarısında Azərbaycanın qeyri-neft ixracında 27,1-%-lik artım müşahidə olunub. Azərbaycanın strateji valyuta ehtiyatları 52 milyard ABŞ dolları, xarici dövlət borcu 8.8 milyard ABŞ dolları təşkil edir. Azərbaycan dünyada strateji valyuta ehtiyatları xarici dövlət borcundan 6 dəfə çox olan nadir ölkələrdəndir. Cari ilin ilk yarısında Azərbaycanda qeyri-neft sənayesinin artımı 16.6%, aqrar sahənin artımı 5.5% təşkil edib.
Sahibkarlar Klubunun üzvlərini İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin innovativ layihələri olan “Azexport.az”, “EnterpriseAzerbaijan”, Rəqəmsal Ticarət Qovşağı və Bir Pəncərə İxraca Dəstək Mərkəzi tərəfindən təqdim olunan xidmətlərdən istifadəyə dəvət edirəm. İİTKM-nin operatoru olduğu layihələr sahibkarlara istehsalda, satışda, idarəetmədə və digər istiqamətlərdə dəstək göstərir”.
ABB-nin Korporativ biznes üzrə Baş direktoru Nərgizxanım Biləndərli qeyd edib: “Sahibkar müştərilərimizə faydalı olmaqdan ötrü həyata keçirdiyimiz tədbirlər təkcə bank fəaliyyəti ilə məhdudlaşmır. İş adamlarımızın yeni biznes imkanlarını kəşf etməsi, bu imkanlardan yararlana bilməsi üçün tərəfdaşlarımızla birgə təşəbbüslər formalaşdırırıq. Ümid edirik ki, bu təlimlərimiz də iştirakçılara faydalı olacaq”.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Geosiyasi gərginliyin artması fonunda qızılın qiyməti 2% də yüksəldi - 4800 DOLLARA YAXINLAŞIR
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
3 saat əvvəl
Dövlət Neft Fondu “BlackRock” və onun şirkətilə niyyət protokolu imzaladı
- 4 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Dünyanın ən böyük mədənçilik şirkətinin yaradılması məqsədilə danışıqlar aparılır
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Geosiyasi gərginliyin artması fonunda qızılın qiyməti 2% də yüksəldi - 4800 DOLLARA YAXINLAŞIR
İlham Əliyev Qətərin Baş naziri ilə görüşüb
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
İlham Əliyev Avropa Bankının prezidenti ilə görüşüb
Ən çox oxunanlar
Tarixdə ilk dəfə gümüşün qiyməti 95 dolları keçib
"Revolut" Dünyanın ən sürətlə böyüyən markasıdır
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
Əliyev və Bərzani görüşüb
Azərbaycan və Finlandiya prezidentləri görüşüb
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
Mercedes GLB-nin Macarıstanda istehsalına başlanılıb
























