"Korporativ müştərilərimiz üçün tamamilə yenilənmiş İnternet Bank istifadəyə verəcəyik"
ABB bu ilin sonuna kimi korporativ müştərilərimiz üçün tamamilə yenilənmiş İnternet Bank sistemimini istifadəyə verəcək.
Marja xəbər verir ki, bunu ABB-nin İdarə Heyəti sədrinin müavini, Baş transformasiya inzibatçısı Taleh Tahirli bildirib.
Bankın Baş transformasiya inzibatçısı deyib ki, korporativ müştərilərimizin hazırda apardıqları əməliyyatların təxminən 90%-i İnternetBank vasitəsilə yerinə yetirilən əməliyyatların payına düşür: "Bu ilin sonuna kimi korporativ müştərilərimiz üçün tamamilə yenilənmiş İnternet Bank sistemimizi istifadəyə verəcəyik. Eyni tendensiya pərakəndə bankçılıqda da özünü göstərir. Ötən il təxminən elə bu vaxtlar yenilənmiş ABB mobile tətbiqimizi müştərilərimizə təqdim etdik. Tətbiq 1.5 milyon dəfədən çox yüklənib. Bir il ərzində tətbiqdə qeydiyyatdan keçmiş müştərilərimizin sayı 500 minə çatıb. Bunlar onu göstərir ki, müştərilərimizin rəqəmsal təcrübələri getdikcə artır. Eyni zamanda onlar bu təcrübələrindən irəli gələrək indi vahid bir platforma axtarışındadırlar. Dünya trendi də ona doğru gedir ki, insanlar bir platforma üzərindən müxtəlif ehtiyaclarını qarşılamaq, həmçinin əlavə imkanlar, üstünlüklər qazanmaq istəyirlər. Biz bu istəyi əsas götürüb inkişaf layihələrimizi həyata keçiririk. Məqsədimiz budur ki, müştərilərimiz çox rahatlıqla həm lazımi maliyyə xidmətlərini əldə edə bilsinlər, həm də əlavə faydalar qazansınlar".
99% HEÇ BİR PROBLEM YARANMADAN İŞLƏYİR
Taleh Tahirli qeyd edib ki, ABB mobile tətbiqi Bankın 100 nəfərə yaxın təcrübəli, gənc və çevik əməkdaşından ibarət komanda ilə yaratdılıb: "Tətbiqlə bağlı strategiyamızın ilk addımı müştərilərimiz üçün ABB mobile üzərindən fasiləsiz və sürətli rəqəmsal bankçılıq həllini təmin etmək idi. Buna nail olduq, indi gün ərzində yüz minlərlə istifadəçi bu tətbiqlə bank əməliyyatlarını yerinə yetirir. Statistikanı diqqətlə izləyirik, əməliyyatların 99.4%-i heç bir texniki problem yaranmadan həyata keçir. ABB mobile tətbiqinə hər ay 60 mindən çox yeni istifadəçi qoşulur. Maraqlı bir məqamı da diqqətinizə çatdırım: həm App Store-da, həm də Play Market-də mobil tətbiqimizi 50 mindən çox istifadəçi qiymətləndirib. Reytinq göstəricilərimizlə biz hər iki platformada lider mövqeyindəyik. Qarşıya qoyduğumuz hədəfə nail olmuşuq və bu nailiyyəti qorumağı bacarırıq. Təbii ki, bu məsələdə əsas köməyimiz müştərilərimizin rəyləridir, onların bölüşdüyü təcrübələridir".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 8 d. əvvəl
-
- 24 d. əvvəl
-
26 d. əvvəl
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
- 53 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Birləşmiş Ərəb Əmirlikləri ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq
-
2 saat əvvəl
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bank Şirvanda yeni filialını açdı
Banklara ipoteka üçün yeni limitlər ayrıldı
Müharibənin ABŞ üçün xərci hesablanıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi
“Trendyol”da Novruz endirimləri başlayır
“Prior Leasing”in nizamnamə kapitalı 60 % artırılıb
Birləşmiş Ərəb Əmirlikləri ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb
Türkiyə iqtisadiyyatı 2025-ci ildə 3,6 faiz artıb
Qızıl daha da bahalaşdı
Martın 3-də gözlənilən hava şəraiti



















