"Yapı Kredi Bank Azərbaycan" ilk 6 ayı 3,6 milyon manat əməliyyat mənfəətilə başa vurub
"Yapı Kredi Bank Azərbaycan" QSC-nin 2021-ci ilin 2-ci rübü üzrə maliyyə göstəriciləri açıqlayıb.
Marja Bankın rüblük göstəricilərinə istinadən xəbər verir ki, 2021-ci ilin yanvar-iyun dövründə "Yapı Kredi Bank Azərbaycan"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 1 milyon 350 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 14 milyon 744 min manat təşkil edib, gəlirlər xərcləri üstələdiyindən 3 milyon 606 min manat əməliyyat mənfəəti yaranıb. Bank mümkün zərərlər üçün yaradılan ehtiyatlara 3 milyon 372 min manat ayırdığından və 465 min manat mənfəət vergisi ödədiyindən ilk 6 ayı 231 min manat xalis zərər ilə başa vurub.
Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin yanvar-iyun dövründə "Yapı Kredi Bank Azərbaycan"ın cəmi əməliyyat gəlirləri 20 milyon 739 min manat, cəmi əməliyyat xərcləri 14 milyon 259 min manat, əməliyyat mənfəəti 6 milyon 480 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətindən ehtiyata 5 milyon 705 min manat ayırdığından və 303 min manat mənfəət vergisi ödədiyindən həmin dövrü 472 min manat xalis mənfəət ilə bağlamışdı.
Alınan haqq və kommisiya gəlirinin artmasının təsirilə "Yapı Kredi Bank Azərbaycan"nın qeyri-faiz gəlirləri 140 min manat artaraq 6 milyon 460 min manat təşkil edib.
MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR 10%-Ə YAXIN ARTIB
30 İyun 2021-ci il tarixində "Yapı Kredi Bank Azərbaycan" 328 milyon 391 min manat cəmi aktivlərə malik olub, o cümlədən aktivlərin 163, milyon 645 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Ötən ilin sonu ilə müqayisədə müştərilərə verilmiş kreditlər 14 milyon 293 min manat və ya 9,6% artaraq 163 milyon 646 min manat yüksəlib.
Bankın biznes kreditləri portfeli 12 milyon 74 min manat və ya 12,6% artaraq 108 milyon 454 min manata, daşınmaz əmlak kreditləri portfeli isə 2 milyon 6 min manat və ya 15,3% artaraq 15 milyon 560 min manata yüksəlib.
30 İyun 2021-ci il tarixidə "Yapı Kredi Bank Azərbaycan" 246, milyon 183 min manat cəmi öhdəliklərə, o cümlədən 225 milyon 733 min manat cəmi depozit portfelinə malik olub.
30 İyun 2021-ci il tarixində "Yapı Kredi Bank Azərbaycan" 73 milyon 723 min manat məcmu kapitala malik olub. Bank ötən ilin sonunda 73 milyon 772 min manat məcmu kapitala malik idi.
XXX
"Yapı Kredi Bank Azərbaycan" QSC-nin 2021-ci ilin 1-ci yarısı üzrə maliyyə göstəriciləri açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, 2021-ci ilin 1-ci yarısının sonuna “Yapı Kredi Bank Azərbaycan”ın cəmi balans kapitalında keçən ilin müvafiq dövrü ilə müqayisədə artım müşahidə edilib. Belə ki, bankın cəmi balans kapitalı ötən dövrlə müqayisədə artaraq 82.2 milyon manata çatıb.
Bankın müştərilərə verdiyi kredit həcmi ötən ilin sonu ilə müqayisədə 10% artaraq 163.6 milyon manata çatmışdır.
"Xüsusi ilə vurğulamaq lazımdır ki, Bank özəl sektorun dəstəklənməsi istiqamətində göstərdiyi fəaliyyətini davam etdirərək, verilən biznes kreditlərini 13% artırmışdır. Biznes kreditlərinin müəyyən hissəsi işğaldan azad olunan torpaqlarda hazırda davam edən yenidənqurma işlərində çalışan şirkətlərə verilmişdir.
Həmçinin, daşınmaz əmlak kreditlərində 15% artım qeydə alınmışdır. Müştərilərə verilən kreditlərin ümumi həcmində qeydə alınan bu artımla yanaşı, bank verilmiş kreditlər üzrə sağlamlaşdırma siyasətini gücləndirmək məqsədi ilə ehtimal edilən mümkün zərərlər üçün yaradılan ehtiyatlar üçün 40.5 milyon manat ayırmışdır",- məlumatda deyilir.
Bankın cari ilin ilk 6 ayı ərzində xalis faiz gəliri 11.2 milyon manat olmuşdur. Həmçinin, I dərəcəli kapitalının, məcmu kapitalın adekvatlıq əmsalında və leverec əmsalında ötən ilin müvafiq dövri ilə müqayisədə artım müşahidə olunmuşdur. Belə ki, I dərəcəli kapitalın adekvatlıq əmsalı artaraq 41.23%-ə, məcmu kapitalının adekvatlıq əmsalı isə 42.19%-ə çatmışdır. Bankın leverec əmsalı cari ilin ilk rübündə artaraq 21% təşkil etmişdir. Nəticə etibarilə, bankın kapital adekvatlığı göstəriciləri tənzimləyici orqanın müəyyən etdiyi normalardan əhəmiyyətli dərəcədə yüksək olmuşdur. Qeyd edək ki, Mərkəzi Bankın tələblərinə görə məcmu kapitalın adekvatlılıq əmsalı minimum 10% olmalıdır.
2021-ci ilin ikinci rübünün nəticələrinə görə hazırda bankın məcmu kapitalı 74 milyon manat təşkil edir və mövcud qanunvericiliyə əsasən minimum məcmu kapital norması 50 milyon manatdır.
Yapı Kredi Bank Azərbaycan Avropanın bir çox ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Əsas səhmdarları Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət verməkdədir.
Müştərilərin xəbərləri
“Rabitəbank” maliyyə savadlılığı layihəsi çərçivəsində regionlarda sahibkarlığın inkişafına dəstəyini davam etdirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
- 4 saat əvvəl
-
6 saat əvvəl
Sabah gündüz Bakının və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq – XƏBƏRDARLIQ
-
6 saat əvvəl
2026-cı ilin birinci rübündə sənaye zonalarında istehsalın həcmi 883 milyon manata çatıb
-
6 saat əvvəl
Sumqayıt Sənaye Parkında yeni şirkət - 16,3 milyon manat olan layihə həyata keçiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazir: İdxal etdiyimiz məhsulların 25 faizini Azərbaycanda tam əvəzləmək potensialı var
-
8 saat əvvəl
Nazir: İlk dəfə olaraq balıqçılıq sahəsinə subsidiyalar və dövlət güzəştləri veriləcək
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 19 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair yeni Dövlət Proqramı təsdiq edilib
Nazir: İdxal etdiyimiz məhsulların 25 faizini Azərbaycanda tam əvəzləmək potensialı var
Nazir: İlk dəfə olaraq balıqçılıq sahəsinə subsidiyalar və dövlət güzəştləri veriləcək
Azercell-dən HONOR smartfonlarına xüsusi kampaniya
bp şirkəti Azəri-Çıraq-Dərinsulu Günəşlidə "maksimum neftvermə" üçün yeni texnologiya tətbiq edib
Süni intellekt hakatonunun qalibləri elan edilib
"Ənənəvi suvarma üsullarından imtina edilməsi, damcı və pivot texnologiyalarının tətbiqinin genişləndirilməsi müasir dövrün çağırışlarından biridir"
“Rabitəbank” maliyyə savadlılığı layihəsi çərçivəsində regionlarda sahibkarlığın inkişafına dəstəyini davam etdirir
"Son 5 il ərzində heyvanların sayında azalma müşahidə olunur. Ət istehsalı istehlakını qarşılaya bilmir"






.jpg)
.jpg)





.jpg)







