Azərbaycanın iri özəl bankı böyüyüb, ilk yarımili mənfəətlə bağlayıb
Xalq Bank 2021-ci ilin altı ayının yekunlarını açıqlayıb.
Bankdan Marja-ya daxil olmuş məlumata görə, 2021-ci ilin ilk 6 ayının yekunlarına əsasən, ölkənin ən böyük özəl banklarından biri olan ASC “Xalq” Bankı aktivlərini ötən ilin müvafiq dövrü ilə müqayisədə 53.2 milyon manat (2.45%) artıraraq 2 milyard 222,17 milyon manata çatdırıb. Cari ilin 1 iyul tarixinə Bankın cəmi kapitalı ötən ilin analoji dövrünə nisbətdə 1.85% artaraq 436.82 milyon manata yüksəlib.
Bankın kredit portfelinin həcmi 1-ci yarımilin yekununda 1 milyard 405,35 milyon manat, müştərilər tərəfindən yerləşdirilən depozitlərin həcmi isə 1 milyard 444.94 milyon manat təşkil edib.
Bank 2021-ci ilin 1-ci yarısını 5,8 milyon manat xalis mənfəətlə başa vurub.
Cari ilin aprel ayında Moody’s Investors Service Xalq Bankın yerli və xarici valyutada uzunmüddətli öhdəliklər üzrə reytinqini B2 səviyyəsində təsdiqləyib və həmin reytinq üzrə proqnozu iki pillə yüksəldərək “Pozitiv” olaraq qiymətləndirmişdir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
5 d. əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
-
- 32 d. əvvəl
- 38 d. əvvəl
- 47 d. əvvəl
-
58 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb






.jpg)
.jpg)



.jpg)











