"Tələbin təklifi üstələməsi banklarda izafi likvidliyin olduğunu göstərir"
Cari ilin I rübündə Mərkəzi Bank tərəfindən sterilizasiya əməliyyatlarından istifadə aktivləşdirilmişdir.
“Marja”nın məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) 2017-ci ilin yanvar-mart ayları üzrə Pul siyasəti icmalında bildirilir ki, hesabat dövründə Mərkəzi Bank milli valyutada sərbəst vəsaitlərin cəlb olunması üzrə 16 depozit hərracı, notların yerləşdirlməsi üzrə 12 hərrac keçirmişdir. Depozitlər əməliyatları üzrə vəsaitlər 14 gün müddətinə cəlb edilmiş, notlar isə 28 gün müddətinə yerləşdirilmişdir. Cari ilin I rübünün sonuna depozit hərracları və notların yerləşdirilməsi vasitəsilə cəlb edilən vəsaitin cəmi qalığı 706.9 mln. manat olmuşdur.
Bundan depozit əməliyyatları ilə cəlb edilmiş vəsaitlər 637.8 mln.manat, notların yerləşdirilməsi nəticəsində cəlb edilən vəsaitlər isə 69.1 mln.manat təşkil etmişdir.
“Rüb ərzində keçirilən depozit hərraclarında tələb təklifi 18% (bəzi hərraclarda dəfələrlə) üstələmişdir ki, bu da bank sistemində izafi likvidliyin mövcud olduğunu göstərir. Sterilizasiya əməliyyatları bankların Mərkəzi Bankdakı müxbir hesab qalıqlarının cari ilin I rübündə 32,8% (293,1 mln manat) azalmasında mühüm rol oynamışdır. Bununla bankların izafi likvidliyinin manatın məzənnəsinə əlavə təzyiq yaratmasının qarşısı alınmışdır”,- İcmalda deyilir.
İcmalda bildirilir ki, depozit və qısamüddətli notların yerləşdirilməsi üzrə əməliyyatlar izafi pul təklifinin sterilizasiyası ilə yanaşı pul bazarının inkişafı və bununla da, pul siyasəti üzrə əməliyyat çərçivəsinin təkmilləşdirilməsinə, banklararası bazarın inkişaf etdirilməsinə də müsbət təsir göstərmişdir:
“Qeyd etmək lazımdır ki, açıq bazar əməliyyatları olaraq depozit əməliyyatları və notların yerləşdirilməsi faiz dəhlizinin aşağı həddi ilə uçot dərəcəsi (hazırda 12%- 15%) arasında tərəddüd edən faiz dərəcələri ilə aparılır. Depozit əməliyyatları ilə vəsaitlər 14%- 14.8%-lə cəlb edilmiş, notlar isə 12.01%-14.99%-lə yerləşdirilmişdir. Dövr ərzində məcburi ehtiyat norması dəyişməz saxlanılmışdır”.
Qeyd edək ki, May ayında keçirilmiş depozit hərraclarında və notların yerləşdirilməsi zamanı tələb təklifi daha çox üstələyib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
3 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib

























