“PAŞA Bank”ın təşkilatçılığı ilə “FinTech founders bootcamp” proqramı keçiriləcək

(®️) Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”, ölkədə İT sahəsinin inkişafını dəstəkləməyə yönələn layihələr üzərində çalışmağa davam edir. Bu dəfə Bankın və “SUP.VC” akselerasiya mərkəzinin təşkilatçılığı ilə “FinTech founders bootcamp by PASHA Bank” proqramı keçiriləcək.
26-28 iyul tarixləri ərzində baş tutacaq “bootcamp”da məlumatların təhlili və maliyyə sahəsində istifadə edilən çoxşaxəli yanaşmalardan, həmçinin müasir texnoloji maliyyə vasitələrinin tətbiqindən bəhs olunacaq. Təlimlər zamanı açıq bankçılıq yanaşması, “APİ” və ödəniş xidmətləri, şifrələmə və informasiya təhlükəsizliyi kimi aktual mövzular araşdırılacaq. Həmçinin təlimlərdə “FinTech” dünyasının məhdudiyyətləri, riskləri, siyasi və sosial təsirləri də əhatə olunacaq.
İştirakçılar “bootcamp”a qatılmaqla, maliyyə və texnologiyalar aləminin ən yaxşı təcrübələri ilə tanış ola, çalışdıqları şirkətə dəyər gətirməkdə kömək edəcək yeni bacarıqlar qazana biləcək.
İT və rəqəmsal bankçılıq sahəsində trendləri müəyyənləşdirən “PAŞA Bank”, maliyyə texnologiyaları sənayesində baş verən yenilikləri və ən son təcrübələri ölkəmizin peşəkarları üçün daha da əlçatan etməyi hədəfləyir. Bu məqsədlə də, Bank, İT sahəsində təhsil alan və çalışan mütəxəssisləri bir araya gətirən müxtəlif tədbirlər, hakatonlar və layihələr həyata keçirir.
“FinTech founders bootcamp by PASHA Bank” proqramı ilə bağlı ətraflı məlumat əldə etmək və qeydiyyatdan keçmək üçün bu səhifəyə https://fin.tech.az/ daxil olun. Qeydiyyat üçün son tarix iyul ayının 23-dür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Ziraat Bank Azərbaycan”dan yüksək göstəricilərlər - mənfəəti 63% artıb
-
- 7 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Xalq Bank və Qatar Airways əməkdaşlığı müştərilərə xüsusi fürsətlər təqdim edir
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bank Respublika 2025-ci ilin 9 ayı üzrə maliyyə nəticələrini açıqladı
- 12 saat əvvəl
Son Xəbərlər

AYNA Nazirlər Kabinetinin taksilərə dair qərarını şərh edib

“Unibank”ın son maliyyə vəziyyəti məlum oldu

"AFB Bank" 9 ay üzrə maliyyə nəticələrini açıqladı
.png)
Expressbankın biznes kreditləri portfeli 10% artıb

"Premium Bank"ın əməliyyat mənfəəti artıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

Bank “BTB” maliyyə göstəricilərini açıqladı

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni şirkət

“VTB Azərbaycan” mənfəətini kəskin artırıb

Kapital Bank sürət yığır – gəlirlər və kreditlər rekord həddə

Notariat fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlərin nəzərinə

Mastercard və Göygöl Şərab Zavodu “Priceless” təcrübəsini yenidən Azərbaycana gətirdi
