Dünyada hər dəqiqə 11 insan aclıqdan ölür – YENİ HESABAT
Müharibələr, koronavirus və iqlim dəyişikliyi bu vəziyyəti daha da ağırlaşdırır. Bir tərəfdə mənasız silahlar və daha çox varlanan zənginlər, digər tərəfdə bir tikə çörəyə möhtac milyonlarla insan...Dünyada aclıq və pis qidalanmadan ölənlərin sayı son 1 ildə 6 dəfə artıb.
Marja xəbər verir ki, Oxfam beynəlxalq xeyriyyə təşkilatının “Aclıq Virusu dəfələrlə artır” adlı yeni hesabatı bütün bəşəriyyəti narahat edən yeni məqamları üzə çıxarıb.
Hazırda dünyada hər dəqiqə 11 insan aclıq və pis qidalanma səbəbindən ölür. Planetdə 155 milyon şəxs kəskin ərzaq çatışmazlığı şəraitində yaşayır və ölümlə üz-üzədir. Bu isə ötən ilin göstəricisindən 20 milyon nəfər çoxdur. Müqayisə üçün bildirək ki, ölüm hallarında ikinci yerdə COVID-19 gəlir: hər dəqiqə 7 nəfər.
Aclığın başlıca səbəbi müharibələr, son 2 ildə isə əlavə olaraq koronavirus pandemiyası və iqtisadi vəziyyətin pisləşməsidir. Aclıqdan ən çox əziyyət çəkən ölkələr Əfqanıstan, Efiopiya, Cənubi Sudan, Suriya və Yəməndir. Koronavirusun ən çox vurduğu ölkələr – Hindistan, Cənubi Afrika və Braziliya da yeni “aclıq episentrlərinə” çevrilməkdədir.
Bir tərəfdə mənasız silahlar və daha çox varlanan zənginlər, digər tərəfdə bir tikə çörəyə möhtac milyonlarla insan...
BMT-nin məlumatlarına görə, son 1 ildə qlobal silah ticarəti 51 milyard dollar artıb. Bu isə hazırda qlobal aclığa son vermək üçün lazım olan minimal məbləğdən 6 dəfə çoxdur.Planetin 10 ən zəngin insanının sərvəti isə ötən il 413 milyard dollar çoxalıb. Bu rəqəm də BMT-nin qlobal humanitar yardım tələbindən 11 dəfə böyükdür....
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
1 saat əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
-
1 saat əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
1 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
1 saat əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
1 saat əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Ən çox oxunanlar
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib














.jpg)










