1 trilyon dollarlıq layihə - Azərbaycanın səhmdarı olduğu bank maliyyələşdirəcək
Pekində Çin hökuməti tərəfindən təqdim olunan və əsrin infrastruktur layihəsi adlanan "Bir kəmər - bir yol" layihəsinə həsr edilən 21 günlük sammit başa çatıb.
Ümumi dəyəri 1 trln. ABŞ dolları həcmində olan bu təşəbbüsün böyük ölçüdə Asiya İnfrastruktur və İnkişaf Bankı (AIIB) tərəfindən maliyyələşdiriləcəyi bildirilir. "Valuewalk" saytı xəbər verir ki, layihənin başlıca məqsədi Afrika, Asiya və Avropada sərbəst ticarəti inkişaf etdirməkdir. Görüşdə 30 ölkənin prezident və baş nazirləri iştirak ediblər.
Qeyd edək ki, hazırda 57 ölkə AIIB-in üzvüdür. Bankın başlanğıc kapitalının 30 mlrd. dollar və ya 32%-i Çinə aiddir. Çinin Bankda səsvermə hüququ 27,8276%, Hindistanın 8,0213%, Rusiyanın 6,3276%, Azərbaycanın isə 0,517%-dir.
AIIB-in əsas məqsədi Asiyada nəqliyyat, telekommunikasiya və energetika layihələrinə investisiya qoymaq və uzunmüddəli maliyyələşməni təmin etməkdir. Hazırda AIIB Azərbaycan və Tacikistan da daxil olmaqla 8 ölkədə 1,73 mlrd. dollar dəyərində 13 layihənin maliyyələşməsini təsdiq edib. Azərbaycanda AIIB 8,6 mlrd. dollarlıq TANAP layihəsinə 600 mln. dollar investisiya həyata keçirir. Çin TANAP layihəsindən birbaşa mənfəət əldə etməsə də, gələcəkdə Xəzər hövzəsindən Çinə boru xəttinin inşası təşəbbüsü yarana bilər.
AIIB 100 mlrd. dollar ilkin kapital və illik 4-5 mlrd. dollarlıq investisiya həcmi ilə Çinin əsas böyük kreditorları olan Çin İnkişaf Bankı və Çin "Eximbank"ı ilə müqayisədə kiçik oyunçu hesab edilir. Lakin, AIIB "Bir kəmər - bir yol" layihəsində önəmli rol oynayacaq. Çin AIIB, Yeni İnkişaf Bankı və "İpək Yolu" Fondu ilə bərabər yaradacağı digər maliyyə institutları vasitəsilə önəmli geosiyasi və geoiqtisadi təsir gücü əldə etməyə çalışır.
© Report
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























