"Bakı Ayaqqabı - 2"nin xalis mənfəəti 3 dəfədən çox azalıb
Ayaqqabı fabriki olsa da, əmlakın icarəsindən gəlir əldə edir
"Bakı Ayaqqabı - 2" ASC 2020-ci ili 110 min manat xalis mənfəət ilə başa vurub. Bu, 2019-cu illə müqayisədə 3,4 dəfə azdır. ASC 2019-cu ili 379 min manat xalis mənfəət ilə bağlamışdı. 2019-cu ildə xalis mənfəətin yüksək olması investisiya əmlakının yenidən qiymətləndirilməsindən yaranan gəlirdən qaynaqlanırdı.
Marja "Bakı Ayaqqabı - 2"nin maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il şirkətin cəmi gəlirləri 12 min manat azalaraq 407 min manata geriləyib. "Bakı Ayaqqabı - 2" ASC 2019-cu ildə 419 min manat cəmi gəlir əldə etmişdi. Qeyd edək ki, "Bakı Ayaqqabı - 2" ayaqqabı istehsalından deyil, əmlakının icarəsindən gəlir əldə edir.
2019-cu ildə "Bakı Ayaqqabı - 2"nin investisiya əmlakının yenidən qiymətləndirilməsindən 278 min manat gəliri yarandığı halda, 2020-ci ildə bu gəlir 19 min manat təşkil edib (9 dəfədən çox azalıb).
Əsasən investisiya əmlakının yenidən qiymətləndirilməsindən yaranan gəlirinin azalması ilə əlaqədar olaraq "Bakı Ayaqqabı - 2"nin əməliyyat mənfəəti 2019-cu ildəki 397 min manatdan 2020-ci ildə 123 min manata geriləyib.
31 Dekabr 2020-ci il tarixində "Bakı Ayaqqabı - 2" ASC 7 milyon 684 min manat cəmi aktivlərə malik olub. Şirkət 2019-cu ilin sonunda 7 milyon 590 min manat cəmi aktivlərə malik idi.
Qeyd edək ki, "Bakı Ayaqqabı - 2" ASC Heydər Əliyev prospekti 106A ünvanında yerləşən 2 saylı Bakı Ayaqqabı Fabrikinin bazasında yaradılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
50 d. əvvəl
"ZirvədəSən" təcrübə proqramımız başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub
-
-
1 saat əvvəl
Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
-
2 saat əvvəl
Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyində nöqsanlar aşkarlanıb
-
3 saat əvvəl
Sənədləşmələrdə heyvanların sayı artıq göstərilib , 39 milyon manat "xərclənib"
-
3 saat əvvəl
Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində ciddi nöqsanlar aşkarlayıb
-
3 saat əvvəl
IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

"ZirvədəSən" təcrübə proqramımız başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
Ən çox oxunanlar

IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir

Sentyabrın 27-də gözlənilən hava şəraiti

Bank əmlakın qiymətləndirməsi üzrə tender elan edib

Unicapital rəhbərliyi AmCham-ın təşkil etdiyi forumda çıxış etdi

Əməkhaqqı və təqaüd kartlarında bonuslar dövrü başlayır

Metropoliten sədrinə 4-cü müşavir təyin edilib
