Gömrük Komitəsi xanım sahibkarın ittihamlarına cavab verdi
Gömrük Komitəsi Azərbaycanda 19 manata satılan qida əlavəsinin xaricdən 1,35 manata alındığına inanmırDövlət Gömrük Komitəsi "Ambiance Med" MMC-nin rəhbəri Elnarə Əliyevanın ittihamlarına cavab verib.
Məlumatda bildirilir ki, ötən gün sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində "Ambiance Med" MMC-nin rəhbəri Elnarə Əliyeva tərəfindən gömrük orqanlarına qarşı həqiqətə uyğun olmayan, əsassız iddialar səsləndirilib. Sahibkar idxal etdiyi bioloji fəallığa malik qida əlavələrinin rəsmiləşdirilmə prosesi zamanı gömrük orqanları tərəfindən malın gömrük dəyərinin qanunsuz şəkildə artırıldığını iddia edib.
Dövlət Gömrük Komitəsi bildirir ki, həmin qida əlavələrinin rəsmiləşdirilməsi üçün "Ambiance Med" MMC-nin təqdim etdiyi "Gömrük bəyannaməsi"ndə göstərilən məlumatların yoxlanılması zamanı gömrük dəyərinin düzgün qeyd edilməməsi ilə bağlı şübhə yaranıb və müvafiq araşdırma aparılıb.
Belə ki, Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən malların gömrük dəyərinin müəyyən edilməsi (gömrük dəyərləndirilməsi) beynəlxalq təcrübədə qəbul edilmiş ümumi prinsiplərə (1994-cü il tarixli Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) VII maddəsinə, GATT-ın VII maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə) əsaslanır.
Gömrük tarifinin tətbiqi məqsədilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq "Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində qeyd olunan üsullarla müəyyən edilir.
Qanunvericiliyə əsasən, gömrük dəyərinin müəyyən edilməsinin düzgünlüyünə gömrük orqanı nəzarət edir və gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ var.
"Ambiance Med" MMC-nin təqdim etdiyi məlumatlar əsasında aparılan təhlillər nəticəsində bu şirkət tərəfindən idxal olunan bioloji fəallığa malik qida əlavələrinin ölkə ərazisində satış qiymətlərinin idxal qiymətlərilə kəskin fərqlənməsi müəyyən edilib. Aşkar olunan risklərin minimallaşdırılması üçün həmin malların gömrük dəyərləndirilməsi zamanı"Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin tələbləri əsas götürülüb.
Qanunun 16-cı maddəsinə əsasən, gömrük dəyəri malların daxili bazarda satış qiymətləndirilməsinə uyğun olaraq dəyərin çıxılması üsulundan istifadə edilməklə müəyyən edilir. Dəyərləndirilən malların çıxılmış dəyərini müəyyən edərkən bu mallarla eyni və ya təqribən eyni vaxtda idxal olunmuş eyni və eynicinsli malların bir vahidinin Azərbaycan Respublikasındakı satış qiyməti müqayisə üçün əsas kimi götürülür.
Prosesin şəffaf şəkildə həyata keçirilməsi üçün 5 iyun 2021-ci il tarixində Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatasının "Azərekspertiza" Birliyinə müraciət edilib və ekspert rəyi gömrük orqanlarının şübhələrini təsdiqləyib.
Malların qiymətini müəyyən etmək üçün "Azərekspertiza" Birliyinin 7 iyun 2021-ci il tarixli, 75 №-li ekspertiza aktına əsasən, "Ambiance Med" MMC tərəfindən idxal edilən:
"İmuno Sitoz"№30 - faktura dəyəri 0,65 Avro, yəni bəyannamənin təqdim olunduğu günün məzənnəsinə görə 1, 35 AZN, ekspertiza aktına görə isə 19 AZN-dir;
"Solefarin İmuno"№15 - faktura dəyəri 1 avro, həmin günün məzənnəsinə görə 2,07 AZN, ekspertiza aktına görə isə 14,5 AZN-dir;
"Presnora SolePharm"№30 - faktura dəyəri 0,75 avro, həmin günün məzənnəsinə görə 1,55 AZN, ekspertiza aktına görə isə 18 AZN-dir;
"Denomaks"№30 - faktura dəyəri 0,94 avro, həmin günün məzənnəsinə görə 1,95 AZN, ekspertiza aktına görə isə 19,5 AZN-dir.
Ekspertizanın rəyindən də göründüyü kimi, faktura qiymətləri ilə sonrakı satış qiymətləri arasında kəskin fərqlər var. Faiz nisbətində isə bu fərqlər 850, 1000, 1200 faizdir.
"Ambiance Med" MMC tərəfindən idxal olunan bioloji fəallığa malik qida əlavələrinin gömrük dəyərinin müəyyənləşdirilməsi prosesində həmin şirkətin rəhbəri Elnarə Əliyeva ilə Komitənin aidiyyəti strukturlarının rəhbərləri arasında dəfələrlə müzakirə aparılıb, qanunvericiliyin tələbləri izah olunmaqla onun iddialarına ətraflı cavab verilib.
Lakin sahibkarın hər dəfə gömrük orqanlarına qarşı əsassız iddialar irəli sürməsi, kütləvi informasiya vasitələrinin imkanlarından yararlanaraq yanlış məlumat və şərhlərlə gömrük orqanları, onun rəhbərliyində təmsil olunan şəxslər barəsində mənfi rəy formalaşdırması, bununla da dövlət qurumuna təzyiq göstərməyə cəhd etməsi yolverilməzdir.
Dövlət Gömrük Komitəsi hər zaman faktlarla əsaslandırılan, ümumi işə fayda gətirən tənqid və iradlara açıqdır. Lakin gömrük qanunvericiliyi, gömrük işinin təşkili haqqında bilik və bacarıqlara malik olmayan bəzi "ekspertlər"in və ya cəmi bir idxal əməliyyatını qanunları tapdalayaraq həyata keçirməyə çalışan "sahibkar"ın irəli sürdüyü böhtan xarakterli iddialar, bəzi media qurumları vasitəsilə təşkil edilən sifarişli müzakirələr gömrük orqanlarının qanuni fəaliyyətinə kölgə sala bilməz.
Dövlət Gömrük Komitəsi daim qanuni ticarəti dəstəkləyir və sahibkarları qanunvericiliyin tələblərinə uyğun şəkildə fəaliyyət göstərməyə çağırır.
Müştərilərin xəbərləri
Azərbaycan pambıq sektorunda tarixi ilk: "Prime Cotton" USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 5 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
15 d. əvvəl
“Tam qadağa yox, tənzimləmə xahiş edirik: Sahibkarlar hökumətə və Milli Məclisə müraciət edir”
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Zelenski Ukrayna üçün sülh planının bütün 20 bəndini açıqlayıb
- 2 saat əvvəl
-
3 saat əvvəl
Ermənistana Rusiya taxılı daşıyan növbəti qatar Böyük Kəsiyə çatıb
-
3 saat əvvəl
Könüllü sığorta bazarı 13 %-dən çox, icbari sığorta bazarı 7 % böyüyüb
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Hyundai 51 mindən çox avtomobili geri çağırır
Zelenski Ukrayna üçün sülh planının bütün 20 bəndini açıqlayıb
Dekabrın 25-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Ermənistana Rusiya taxılı daşıyan növbəti qatar Böyük Kəsiyə çatıb
Ağdamda 2-ci yaşayış kompleksinin açılışı oldu
Putin Əliyevə zəng edib
Türkiyəyə gələn xarici turistlərin sayı 50 milyonu keçib
Azərbaycanın sığorta bazarı 12 %-ə yaxın böyüyüb
Azərbaycan pambıq sektorunda tarixi ilk: "Prime Cotton" USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu
Azot gübrəsi ixracında böyük artım






















