"İnvestAZ Türkiyə" şirkəti tam bəraət qazandı
“InvestAZ Menkul Değerler A.Ş.” şirkətinə qarşı olan iddiaların əsassız olduğu sübut edildiKeçən il Türkiyədə fəaliyyət göstərən “İnvestAZ Menkul Değerler A.Ş.” şirkətinə qarşı bəzi əsassız iddialar irəli sürülmüşdür. Yunus Akgün adlı şəxs istər şirkət, istərsə də şirkət rəhbərliyinə qarşı başlatdığı haqsız və heç bir dəlilə söykənməyən iddialarla şirkətin etibarına xələl gətirmək niyyəti ilə məhkəməyə müraciət etmişdir. Həmçinin, bu şəxs bilərəkdən yalan məlumat verməklə şirkətin nüfuzuna zərər yetirmək məqsədilə müxtəlif media qurumlarında qara PR apararaq şirkətə maddi və mənəvi zərbə vurmağa çalışmışdır.
İstanbul Ağır Cəza Məhkəməsi bu şikayət üzərindən araşdırma apararaq 25.05.2021-ci il tarixdə bu iddiaların əsassız və həqiqətə uyğun olmadığını qərara aldı və şikayətdə yer alan idarə heyətinin üzvləri tam olaraq bəraət qazanıb. Bu barədə "İnvestAZ" şirkətinin yaydığı məlumatda bildirilir.
"Çox təəssüflə qeyd etmək istərdik ki, qeyd edilən iddiaların “InvestAZ İnvestisiya Şirkəti QSC” şirkətinə aidiyyatı olmadığı halda Azərbaycan mediasında bəzi saytlar qarşı tərəfin fikrini almadan, jurnalist araşdırması aparmadan şübhə yaratmaq məqsədli məqalələr dərc etmək istəmişdirlər. Şirkətimizin ictimaiyyətlə əlaqələr departamenti bu cür məcraları yaxından təqib edərək media qurumları ilə hər zaman dəqiqləşdirmə aparmağa və məlumatlandırmağa hazırdır. Bu kimi tədbirlər nəticəsində ölkəmizdəki media qurumları ilə şirkətimiz arasında güvənə dayanan sıx münasibətlər yaranmışdır.
Bir daha bu istiqamətdə bizə dəstək olan hər kəsə öz minnətdarlığımızı bildiririk.
InvestAZ şirkəti 20 ilə yaxındır ki, fəaliyyətdədir və daimi yüksək səviyyəli xidməti ilə müştərilərin etibarı və sevgisini qazanmışdır. Şirkətin əsl məqsədi ölkədə maliyyə savadlılığını artırmağa çalışmaq və insanlara müasir dövrün qazanc imkanlarını aşılamaq və öyrətməkdir",- məlumatda deyilir.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb














.jpg)




