Tesla avtomobillərinin qiyməti artır
“Texnokral” bunu təchizatdakı problemlərlə əlaqələndirib.Elektromobil bazarının lideri Teslanın bir sıra modellərinin qiyməti artmaqdadır.
Marja xəbər verir ki, dünən şirkətin rəhbəri Elon Mask Tvitter sosial şəbəkəsində bir istifadəçinin bununla bağlı paylaşımını cavablandırıb.
“Mən həqiqətən də Teslanın qiymətləri qaldırmasını, Y modellərində lumbar (sürücü və sərnişinin onurğa-dayaq sisteminə əlavə ağırlıq salmadan oturacaqda düz şəkildə əyləşməsinə imkan verən funksiya) kimi xüsusiyyətlərin ləğv edilməsi yolu tutduğunu bəyənmirəm” yazan istifadəçiyə Tesla rəhbəri belə cavab verib: “Qiymətlər təchizat zəncirindəki problemlər və təzyiqlər, xüsusən xammalla bağlı çətinliklərə görə artır... Lumbar isə 3/Y modellərində yalnız ön oturacaqlarda çıxarılıb, çünki bundan demək olar ki, heç kəs istifadə etmir.”
Tesla may ayında Model 3 və Model Y avtomobillərinin qiymətini qaldırıb. Elektromobil sənayesinə əsas bələd olan mənbələrin, o cümlədən Electrek saytının məlumatına görə, bu, artıq son bir neçə aydakı 5-ci ardıcıl qiymət artımıdır. Electrek dünən yeni Model Y SUV-larını alan şəxslərin bu elektromobilin lumbar funksiyası olmadan satıldığını bildirdiklərini yazmışdı.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
51 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 54 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı






















