Maliyyə bazarlarında son vəziyyət - 31.05.2021
EUR
Amerikanın əmək bazarında dair cümə günü Bakı vaxtı ilə saat 16:30-da dərc ediləcək önəmli fundamental göstəricilər fonunda proqnozların yaxşılaşması, EUR/USD məzənnəsinin ucuzlaşmasına səbəb olub. Beləliklə, hazırda 1.22$-ın altında təklif edilən qiymətin, gələcək trendi açıqlanacaq statistik məlumatlardan asılı olacaqdır.
Avrozonada daxili ticarət dövriyyəsinin zəifləməsi və inflyasiyada artımın müvəqqəti olması proqnozları da diqqət mərkəzində saxlanılan vacib hadisədir.
GBP
GBPUSD məzənnəsi də dollar indeksindən asılı olaraq 1.42$-ın altında dalğalanmaqdadır. Bununla yanaşı, İngiltərənin xarici ticarətinin Breksitdən mənfi təsirlənəcəyi narahatlığı da getdikcə artır.
Təhlillərə əsasən, cari həftə ərzində 1.41$ aşağı istiqamətdə qırılarsa, ucuzlaşmanın sürətlənəcəyi ehtimal edilir.
TRY
USDTRY məzənnəsi də bahalaşır. Lirəni təzyiq altında saxlayan amillər arasında Türkiyədə inflyasiyanın 17.3%-ə yüksələcəyi proqnozları da önəmli rol oynayır.
Bu səbəbdən investorlar cümə axşamı saat 11:00-da yayımlanacaq ölkədə istehlak qiymətlərin illik artım dinamikası göstəricisinə kökləniblər.
OIL
Enerji birjalarında Brent neftinin qiyməti son üç aydır korreksiya etdiyi səviyyələr aralığında dalğalanamaq davam edir. Beləliklə, gələcək günlər ərzində bir barel qiymətin 70$-ın altında 66$-ın üzərində ticarət edilməkdə davam edəcəyi ehtimal edilir.
Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD
Əlvan metallar bazarlarında FED-in faiz artımı ehtimallarının güclənməsi, qızılın bahalaşma dinamikasının zəifləməsi və ucuzlaşa biləcəyinin proqnozlaşdırılmasına əsasları artırıb. 1893$ (60.9 $/qram) qırılarsa, bir unsiya üzrə qiymət 1851$-a (59.5 $/qram) qayıda bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
7 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 7 saat əvvəl
-
8 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























