Azərbaycanda açıq havada maskanın taxılması tələbi ləğv olunur, metro açılır - TARİX

Azərbaycanda mayın 31-dən açıq havada maskanın taxılması tələbi ləğv olunur.
Marja xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqdində deyib.
Onun sözlərinə görə, eyni zamanda Mayın 31-dən metro açılır.
Mayın 31-dən şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti də bərpa edilir.
İyunun 10-dan etibarən ölkədə fəaliyyət göstərən iri ticarət mərkəzləri fəaliyyətini bərpa edəcək.
Həmçinin İyunun 10-dan ibadət yerlərinin fəaliyyəti bərpa olunacaq.
10 iyun tarixindən idman sağlamlıq obyektlərindən istifadəyə icazə veriləcək.
Azərbaycanda COVİD pasportu tətbiq olunacaq.
Prezidentin köməkçisi bildirib ki, iki doza vurulanlara vaksin sertifikatı veriləcək: “İkinci sertifikat isə immunitet sertifikatıdır. Bu, xəstələnib sağalanlara veriləcək. Bu iki sertifikatın hər ikisi COVİD pasportu adlanacaq. Bunların hər hansı birinə malik olanlar idman sağlamlıq obyektlərinin xidmətindən istifadə edə biləcəklər. Gələcəkdə bu yanaşmanın toylara tətbiqi nəzərdə tutulur. Konsert, teatr və şənlik xidmətlərindən istifadə etmək istəyənlərə də COVİD pasportu tətbiq olunacaq”.
Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycanda koronavirusla bağlı vəziyyət sabitləşib, gündəlik yoluxmalar azalıb"
Ləğv olunan qadağaların tam siyahısı
31 may 2021-ci il tarixindən etibarən
- Açıq havada maska məcburiyyəti ləğv edilir;
- Bakı Metropoliteni açılır;
- Rayonlar və şəhərlərarası marşrut avtobuslarının fəaliyyəti bərpa edilir.
10 iyun 2021-ci il tarixindən etibarən
- İbadət yerləri, məscidlər açılır;
- İdman zalları fəaliyyətə başlayır;
- Çimərliklər açılır;
- "Mall"ar (iri ticarət mərkəzləri) açılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
4 saat əvvəl
Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib
-
-
4 saat əvvəl
Hacıqabul Quşçuluq Şirkətində Anım Günü ilə əlaqədar tədbir keçirilib
-
5 saat əvvəl
“BakuBus”ın Gəncə Avtoparkının açılışı olub - 20 marşrut xətti üzrə fəaliyyət göstərəcək
- 5 saat əvvəl
-
6 saat əvvəl
İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib

İri supermarket şəbəkəsinin daha bir şöbəsi açılır

Azərbaycan BOKT-nun adı dəyişdirilib
Ən çox oxunanlar

Azərbaycan neftinin son qiyməti

Azərbaycanda Anım Günüdür

"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
